Cəmiyyət

Rusiya səfirliyi erməni uşağın Azərbaycana girişinin qadağan olunması haqqında məlumatı təkzib edib - YENİLƏNİB

30 May 2016 20:39
10 Şərh     Baxış: 4 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:39

Bakı hava limanında şəxsiyyətin müəyyənləşdirilməsi üçün dayandırılmış Azərbaycana anası ilə gəlmiş Rusiyanın səkkiz yaşlı vətəndaşı Luka Rubenoviç Vardanyan hal-hazırda anası ilə birlikdə Bakıdadır.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Rusiyanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Beləliklə erməni KİV-inin erməni uşağına Azərbaycana girişi qadağan edilməsi haqqında informasiya təkzib edilib.

Səfirlik Bakıya Rusiyadan gəlmiş erməni uşağı ilə bağlı hadisəni şərh edib.

Səfirliyin məlumatında qeyd olunur ki: "Mayın 29-da Rusiya səfirliyinə saat 13:00-da Bakıya gəlmiş Rusiyanın səkkiz yaşlı vətəndaşı Luka Rubenoviç Vardanyanın Bakı beynəlxalq hava limanında pasport nəzarətinin keçməsi zamanı Azərbaycana buraxılışı ilə bağlı çətinlikləri yaranması barədə zəng daxil olub. Səfirliyin əməkdaşı dərhal hava limanına gəlib. Yerli hakimiyyət nümayəndələri ilə razılaşmadan sonra oğlana ölkəyə giriş icazə verilib. Hal-hazırda o anası ilə birlikdə Bakıdadır".

---------

19:54

Bu gün səhər saatlarında bir sıra erməni KİV-ləri belə xəbər yayıblar ki, erməni familiyasına görə 8 yaşlı rusiyalı uşaq Bakı aeroportundan Azərbaycan ərazisinə buraxılmır. Xəbərə görə bu insident haqda uşağın anası, Kristina adlı rusiyalı turist sosial şəbəkədə məlumat yayıb. Uşağın anası və atalığı rus familiyası daşıyır. Uşaq isə atasının-Ruben Vardanyanın familiyasını daşıyır. Bildirilir ki, Bakı aeroportunun sərhəd xdmətinin əməkdaşları uşağın anasını və atalığını ölkəyə buraxıb, özünü-Luka Rubenoviç Vardanyanı isə deportasiya etməyi qərara alıb. Kristina yazıb ki, onlar hazırda yekun qərarı və pasportlarının verilməsini gözləyir.

Milli.Az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Bakı aeroportundakı nümayəndələri isə virtualaz.org-a bildiriblər ki, ermənilərin yaydıqları məlumat doğru deyil. "Azərbaycan sülhpərvər dövlətdir və biz Luka Vardanyanı ölkəyə buraxmağa hazırıq. Ancaq onun atası işə qarışıb, atasının israrı ilə uşaq geri qaytarılıb. Heç bir deportasiyadan söhbət gedə bilməz. Azərbaycan ölkəyə gələn başqa turistlər kimi həmin uşağın da təhlükəsizliyini təmin etməyə hazırdır" - mənbə bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.