Cəmiyyət

Azərbaycanda ilk koaçıng konfransı keçirilib - FOTO

30 May 2016 16:13
Baxış: 1 137
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ADDIM növbəti ilkə imza atdı

"Addım" gənclər təşkilatının və Belnəlxalq Erikson Akademiyasının təşkilatçılığı ilə Alov Qüllələrində yerləşən Fairmont Hotel-də Azərbaycanda ilk Coach konfransı keçirilmişdir.
Beynəlxalq konfransın keçirilməsində məqsəd - gənclərin və iqtisadi sektorda fəaliyyət göstərən insanların maarifləndirilməsi, sosial və innovativ texnologiyaların təbliğ edilməsi və gənclərin beynəlxalq əməkdaşlıq əlagələrinin genişləndirilməsidir.

Konfrans çərçivəsində öncə təşkilatın yaradıcısı Hüseyn Cavadzadə çıxış edib qonaqları salamlamış və bu mövzunun mövcud iqtisadi durumda Azərbaycan üçün əhəmiyyətindən danışmışdır. O hələ ötən il Azərbaycanda ilk olaraq ADDIM tərəfindən Coaching mövzusunda təlimlərin keçirildiyini və təşkilatın bu istiqaməti dəstəklədiyini qeyd etmişdir.  Daha sonra Beynəlxalq Erikson Akademiyasının Cənubi Qafqaz regional ofisinin və Growin kompaniyasının nümayəndələri  Girogi Kalatozishvili və Tinatin Rukhadze "Coaching Modeli"nin  məhz Azərbaycan üçün hazırlanan versiyasını təqdim etmişlər. Tədbirdə həmçinin tanınmış ictimai xadimlər, gənclər, KİV nümayəndələri iştirak etmişlər.

Qeyd edək ki Coaching mövzusunda ilk ictimai tədbirlər hələ ötən il, məhz Addım-ın səyi nəticəsində baş tutub. İlk dəfədən gənclər və biznes sektoru arasında böyük maraqla qarşılanan proqram bu dəfə Coaching üzrə dünya birinciləri Erikson nümayəndələri tərəfindən təqdim olunub.

Məlumat üçün qeyd edək ki, ötən əsrin 90 illərin əvvəllərində İngiltərədə formalaşıb və hazırda Avropa ölkələri və ABŞ-da ən dəbdə olan konsaltinq və motivasiya proqramıdır. İş adamları arasında xüsusi yayılan bu istiqamət 2010-cu ildən Rusiya Federasiyasında da geniş populyarlıq qazanır. Hazırda keçmiş MDB ölkələrindən yalnız Rusiya və Ukraynada bu sahədə maarifləndirmə məqsədilə Beynəlxalq Erikson İnstitutunun nümayəndəlikləri fəaliyyət göstərir.

Video-link:   https://www.youtube.com/watch?v=020PgJhZlcE&feature=youtu.be 
İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.