Cəmiyyət

Rəşid Behbudov küçəsində tıxac olmayacaq - VİDEO

28 May 2016 21:17
0 Şərh     Baxış: 931
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda böyük küçələrdən birində avtomobillərin sağ zolaq üzrə hərəkəti daimi olacaq.

Söhbət xüsusən də günün pik saatlarında sıxlığın yaşandığı Nəsimi rayonu Rəşid Behbudov küçəsindən gedir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, Bakı Nəqliyyat Agentliyinin İctimayətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarovanın ''Xəzər Xəbər''ə verdiyi məlumata görə, daimi yaşıl işıq sağ zolaqda hərəkət edənlərə şamil ediləcək. Sola, yəni Bakıxanov prospekti ilə Səməd Vurğun küçəsi istiqamətdə hərəkət isə əvvəlki qaydada işıqforla nizamlanacaq.

Bundan başqa, küçə ilə prospektin kəsişməsi də sağ hissədə 1-2 metrə qədər genişləndiriləcək.

Bakı Nəqliyyat Agentliyi, Baş Dövlət Yol Polis İdarəsi və ''Azəravtoyol'' Açıq Səhimdar Cəmiyyətin əməkdaşları yaxın günlərdə bu ərazidə işlərə start verəcəklər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Rəşid Behbudov küçəsində tıxac olmayacaq

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.