Cəmiyyət

Alov Qüllələri Euronews-da - VİDEO

28 May 2016 19:13
4 Şərh     Baxış: 1 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Euronews" kanalı tərəfindən "Postcards" proqramının Bakının Alov Qüllələrinin arxitekturasına dair xüsusi buraxılışı hazırlanıb.

Milli.Az Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən məlumat verir ki, buraxılışda bu yeni tikilinin adının və dizaynının ölkənin qədim təsviri olan "Odlar yurdu" ilə bağlı olduğu bildirilir.

Həmçinin binanın 2013-cü ildə istifadəyə verildiyi və binanın mehmanxana, ofis kimi fəaliyyət göstərdiyi, ən hündür hissəsinin isə 38 mərtəbədən ibarət olduğu barədə məlumat verilir.

Eyni zamanda 2016-cı ilin 25-27 aprel tarixlərində BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi ilə bağlı "Focus" proqramının xüsusi buraxılışı hazırlanıb ki, bu buraxılış adıçəkilən əhəmiyyətli tədbirə həsr edilib.

Cari il ərzində "Postcards" proqramının İçərişəhərdə və Xınalıqda piyada yürüş (trekking) və çay mədəniyyətinə dair buraxılışlarının hazırlanması nəzərdə tutulur.

Təkcə Avropa ölkələri deyil, habelə Asiya, Afrika və Amerika ölkələri daxil olmaqla dünyanın 150 ölkəsində 300 milyondan çox auditoriyaya malik "Euronews" kanalı haqlı olaraq aparıcı beynəlxalq xəbər kanallarından hesab edilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Открытки из Азербайджана

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.