Cəmiyyət

Övladınıza verdiyiniz ilk hədiyyə...

28 May 2016 19:40
8 Şərh     Baxış: 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həzrət Muhamməd (s) belə buyurur: "Qiyamət günü siz adlarınız və ataların adları ilə çağrılacaqsınız. Buna görə də adlarınızı gözəlləşdirin." (Əbu Davud, Ədəb 61; İbn Hibban, Səhih, VII, 528; əl-Kafi, c.6, hədis 10).

Milli.Az islam.az-a istinadən bildirir ki, tarixi qaynaqların da təsdiq etdiyi kimi Hz. Peyğəmbər (s) əshabı ilə yanaşı onların uşaqları ilə də yaxından maraqlanmış, doğulduqları andan etibarən əxlaqlarının formalaşmasına təsir edən ən incə təfərrüata belə diqqət göstərilməsini tövsiyyə etmişdir. Məsələn, müasir dövrdə çox da fikir verməsək də, uşaqlara gözəl adın qoyulması Allah rəsulunun (s) etina ilə yanaşdığı mövzulardan olmuşdur. Xüsusilə Mədinə dövründə sahabələrin böyük əksəriyyəti uşaqlarını onlara ad qoyması və dua etməsi üçün Hz. Peyğəmbərin (s) yanına gətirərdilər. Allahın elçisi də əsasən Allah-təalaya qulluğun vurğulandığı adlara, habelə keçmiş peyğəmbərlərin və saleh şəxslərin isimlərinə müraciət edərdi. Belə ki, çox sevdiyi ümmətinin gözəl adlarla anılmasını istəyən Allah Rəsulu (s) bu nümunəvi davranışını aşağıdakı kimi müxtəlif hədislərlə biz müsəlmanlara miras qoymuşdur: "Bir şəxsin öz övladına verdiyi ilk hədiyyə və ehsan onun üçün gözəl bir ad seçməsidir. Bu səbəblə övladlarınız üçün gözəl adlar seçin!" (əl-Kafi, c.16, hədis 3)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.