Cəmiyyət

Müsəlman ayları neçə gündən ibarət olur?

28 May 2016 23:20
1 Şərh     Baxış: 3 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az islam.az-a istinadən bildirir ki, İslam təqvimi, yəni hicri-qəməri təqvim Ayın müşahidəsinə əsaslanır. Bu təqvimə əsasən ilin uzunluğu 354 və ya 355 gün olur. Ayların uzunluğu isə ya 29, ya da 30 gündür. Günəş (miladi) təqvimindən fərqli olaraq, qəməri-təqvimdə hansı ayın 29, hansının 30 gün olacağını qabaqcadan söyləmək tam dəqiqliyi ilə mümkün deyil. Çünki bu, coğrafi məkandan, hava şəraitindən və Ayın faza vəziyyətindən asılıdır. Bəzi hədislərdə ayların uzunluğunu qabaqcadan təyin etmək barədə məlumatlar verilsə də, bunlar mötəbər sayılmır. Ayın əvvəlinin təyin olunması barədə İslam məzhəbləri, o cümlədən, eyni məzhəblər daxilində fikir ayrılıqları olduğu üçün, məsələ daha mürəkkəb xarakter daşıyır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.