Cəmiyyət

“Qəsəs” surəsinin fəzilətləri

28 May 2016 23:45
19 Şərh     Baxış: 3 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəsəs surəsi" Quranın 28-ci surəsi olub Məkkədə nazil olmuşdur və 88 ayəsi vardır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  Həzrət Peyğəmbər (s) bu surə haqqında buyurur: "Hər kim "Qəsəs" surəsini oxuyar, Həzrət Musanı (ə) inkar və təsdiq edənlərin on bərabəri qədər ona həsənə verilər. Qiyamət günü yerin və göyün bütün mələkləri onun faydasına şəhadət verərlər ki, o, düz danışan və doğruçu idi". (Tebyan)
Bu surənin bərəkətləri:
1. Bütün dərdlərin şəfası. Həzrət Peyğəmbər (s) buyurur: "Əgər "Qəsəs" surəsini yazsanız və su ilə yusanız (içsəniz) bütün dərd və narahatlıqlar aradan gedər".
2. Qarın və qaraciyər ağrısı. İmam Sadiq (ə) buyurur: "Əgər "Qəsəs" surəsinin yazılmışını qarın, qaraciyər və ya hansısa daxili bədən ağrısı olana assalar, yaxşılaşar".
3. Zalıma qarşı. Hər kim zalımla üzləşən zaman bu surənin 68-70-ci ayələrini 7 dəfə oxuyarsa və 3 dəfə deyərsə: "Allahu ğalibu əmrihi" - zalımın zülmündən amanda olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.