Cəmiyyət

İkiüzlülük, təkəbbür, qəzəb

28 May 2016 19:15
98 Şərh     Baxış: 3 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməl və rəftarlarımızın bu dünyada zahiri olduğu kimi, batini də vardır. Lakin biz ondan xəbərsizik. Bizim əməllərimizin batini Qiyamət günü özünü büruzə verəcəkdir. Bu zaman insan öz əməllərinin həqiqəti ilə tanış olacaqdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, əgər insan əmmarə nəfsini öz başına buraxarsa, fəsada və şeytani vəsvəsələrə tərəf meyil edər. Şeytan (lən) - and içmiş bir düşməndir. Əslində şeytanın özü bir münafiqdir, özü vaxtı ikən Adəmlə Həvvaya (ə) nəsihət verməyə qalxmışdı. Ona görə də o insanlar ki, münafiq və ikiüzlüdürlər, əslində şeytanın qullarıdır. Münafiq Qiyamət günü öz əməlinin həqiqətini müşahidə edəcəkdir və onu şeytan şəklində görəcəkdir. Zahirdə insan olmasına baxmayaraq, münafiq - batində bir şeytandır. (Tebyan)
Hər kimin zahiri ilə batini bir olmaz - insanlıqdan çıxmış deməkdir. İmam Sadiq (ə) buyurur: "Hər kim müsəlmanları iki üz və iki dillə qarşılayar - Qiyamət günü elə halda gələcəkdir ki, atəşdən iki dili olacaqdır".
Belə bir insan həm xəlqin və həm də Allahın yanında rüsvay olacaqdır. Həzrət Peyğəmbər (s) buyurur: "İkiüzlü insan Qiyamət günü elə bir simada gələcəkdir ki, iki dilindən biri başının arxasından xaric olmuşdur, biri də qarşısından. Hər iki dili alov tutar və bütün cəsədi alovlanar".
Qiyamət günü insanı rüsvay edən sifətlərdən biri də təkəbbürdür. Təkəbbürlü insan şəxsi mənafeyinə görə ağıl və dinlə işə olmaz. Belə bir insan Qiyamət günü cahil ərəb kimi məşhur olar. Yəni, cahil ərəb kimi nə Allah Təalaya imanı olar, nə məada və nə də nübuvvətə.
Hədislərin buyurduğuna görə, cəhənnəm əhli Həzrət Peyğəmbərin (s) adını unudacaqdır. Təkəbbürlü insan da Həzrətin (s) adını unudar və özünü ona nisbət verə bilməz. İmam Sadiq (ə) buyurur: "Təkəbbür əhli zəif qarışqa simasında məşhur olacaqlar ki, insanlar onları tapdalayacaqdır". Deməli, təkəbbürün batini siması zəif qarışqa kimidir. Nəfsin nə qədər zəif və həqir olduğunu göstərir.
Başqa bir rəzil sifət - qəzəbdir. Qəzəbli insan Qiyamət günü vəhşi heyvan simasında məhşur olacaqdır. Çünki dünya həyatında heç bir vəhşi heyvandan fərqi olmamışdır. Hər kim yersiz yerə özündən çıxarsa, bilsin ki, Qiyamət günü rüsvay olacaqdır. Ona görə də hədislərimiz qəzəbi kontrol etməyə görə bu qədər tövsiyələr verir. Qəzəbi kontrol etməyin əsil amili - Allahı yada salmaq, ölümü və Qiyaməti xatırlamaqdır.
Beləliklə deyə bilərik ki, əməllərimizin zahiri olduğu kimi, Qiyamət günü batini də üzə çıxacaqdır. Hər bir rəzil sifət bir simada özünü büruzə verəcək və sahibini xar və rüsvay edəcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.