Cəmiyyət

Qəzada ağır yaralandı, xəstəxanada öldü

27 May 2016 20:45
0 Şərh     Baxış: 2 470
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İki gün əvvəl Zaqatalada baş verən yol-nəqliyyat hadisəsində  ağır xəsarət alan 51 yaşlı kişi xəstəxanada ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində  Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə alan,  Zaqatala şəhər sakini, 1965-ci il təvəllüdlü Rizvan Murtuzəli oğlu Əliyev bu gün axşam saat 19 radələrində ölüb.
 
Qeyd edək ki, Rizvan Əliyev may ayının 25-i səhər saatlarında idarə etdiyi "Hyundai" markalı, 62 BH 879 dövlət nömrə nişanlı avtomobillə  Zaqatala-Muğanlı avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpmışdı.  Rizvan Əliyevə qapalı kəllə-beyin və döş qəfəsinin küt travması diaqnozu qoyulmuşdu.
 
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.