Cəmiyyət

Saatlıda qəza: 1 nəfər ağır yaralandı

27 May 2016 20:29
1 Şərh     Baxış: 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Saatlı rayonunda 1 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında Saatlı şəhərində, "Həyat" şadlıq sarayının yaxınlığında qeydə alınıb.

Belə ki, rayon sakini, 38 yaşlı Kainat Xanlar oğlu Abdullayev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən Tovuz rayon sakini, 37 yaşlı Şahnigar Xanoğlan oğlu Abdullayevin idarə etdiyi "Shacman" markalı yük maşını ilə toqquşub. Hadisə zamanı "Jiquli"nin sürücüsü ağır yaralanıb. Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona həkimlər tərəfindən yardım göstərilib. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.