Cəmiyyət

Uşaq bağçasına hücum edən ayının VİDEOsu

26 May 2016 23:43
15 Şərh     Baxış: 6 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oğuzda ayı kəndə hücüm edib.

Bu gün axşam saatlarında ayı Oğuzun Xalxal kəndi yaxınlığında yerləşən meşə sahəsindən kəndə hücum edib.

Milli.Az Kanal S-ə istinadən (Region TV) xəbər verir ki, kənd sakinləri əvvəlcə vəhşi heyvanı hay-küy salmaqla qovmaq istəsə də buna nail olmayıb. Nəticədə heyvan əvvəlcə avtomobilə ziyan vurub, daha sonra mal qaraya xəsarət yetirib. Ayının növbəti hədəfi isə kənddə yerləşən uşaq bağçası olub. Həmin vaxt bağçada 25 uşaq olsa da xoşbəxtlikdən vəhşi heyvan onlara xəsarət yetirməyib. Vəhşi heyvanın hücumunun qaşısı yalnız onu öldürməklə alınıb. Bağçanın yaxınlığında yaşayan kənd sakini Fazil Şükürov ayıya atəş açaraq onu zərərsizləşdirib. Hazırda ayının quduz olub-olmamasını müəyyən etmək üçün Baytarlıq Xidmətinin əməkdaşları tərəfindən araşdırmalar aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ayı uşaq bağçasına hücum etdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.