Cəmiyyət

Gəncə-Göygöl yolunda qəza: yaralılardan biri vəfat etdi - YENİLƏNİB

26 May 2016 23:49
0 Şərh     Baxış: 2 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:49

Gəncə-Göygöl avtomobil yolunda baş verən qəzada xəsarət alanlardan biri keçinib. 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, 1994-cü il təvəllüdlü Azər Sadıqovu, həkimlərin səyinə baxmayaraq, xilas etmək mümkün olmayıb. Sürücü 1992-ci il təvəllüdlü Elmar Rzayevin vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, Gəncə-Göygöl avtomobil yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Hadisə yolun Qızılqaya qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. "Nissan" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və maşn yolun kənarında olan maneəyə çırpılıb.

22:12

Gəncə-Göygöl avtomobil yolunda baş verən qəzada xəsarət alanların şəxsiyyəti məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar sürücü 1992-ci il təvəllüdlü Elmar Rzayev və sərnişin 1994-cü il təvəllüdlü Azər Sadıqovdur.
 
Xəsarət alanlardan sürücünün vəziyyəti orta-ağır, sərnişinin vəziyyəti isə ağır qiymətləndirilir.
 
20.44
 
Gəncə-Göygöl avtomobil yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə yolun Qızılqaya qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. "Nissan" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və maşn yolun kənarında olan maneəyə çırpılıb.
 
Qəza zamanı avtomobildə olan iki nəfər müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.