Cəmiyyət

Zaqatalada mikroavtobus və minik maşını toqquşdu: ölən və yaralanan var

26 May 2016 21:32
0 Şərh     Baxış: 1 026
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatalada mikroavtobus və minik maşının toqquşması nəticəsində  bir nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə mayın 26-ı axşam saat 19:30 radələrində Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Zaqatala rayonu Aşağı Tala kənd sakini, 1995-ci il təvəllüdlü, İbrahim Elxan oğlu İbrahimlinin idarə etdiyi "Moskviç-412" markalı minik avtomobili ilə hələlik şəxsiyyəti məlum olmayan Zaqatala rayon sakininin idarə etdiyi "Mercedes-Vita" markalı, Rusiya dövlət nömrə nişanlı mikroavtobus toqquşub. Qəza nəticəsində "Moskiviç" markalı avtomobildə olan sərnişin, Zaqatala şəhər sakini 24 yaşlı Feyzullah Hədis oğlu Məmmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. "Moskviç"in sürücüsü İbrahim İbrahimli aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.
 
Mikroavtobusun sürücüsü xəsarət almayıb.
 
Zaqatala RMX-dan bildirilib ki, yaralı İbrahim İbrahimli xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
 
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.