Cəmiyyət

Benzinin tərkibindən şikayət var: qaz vururlar? - VİDEO

26 May 2016 21:21
4 Şərh     Baxış: 1 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanacağın keyfiyyəti ilə bağlı yeni iddialar səslənib. Bəzi sürücülər deyirlər ki, benzinə qaz vurulur. Nəticədə yanacaq tez sərf olunur. Yanacaqdoldurma məntəqələri bununla qəti razılaşmır. Bəs görəsən benzinə hansısa qaz əlavə etmək mümkündürmü?

Yanacağın keyfiyyəti ilə bağlı yeni iddialar ortaya atılıb. Bəzi sürücülər iddia edirlər ki, müxtəlif yanacaqdoldurma məntəqələrində benzinə qaz əlavə edirlər. Avtomobil ustaları da belə hallarla rastlaşdıqlarını deyirlər. Hətta bunu yoxlamaq üçün müəyyən metodlardan istifadə edənlər də var.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, yanacaqdoldurma məntəqələrinin işçiləri isə bunun mümkün olmadığını deyir. Bu iddialar yanacağın tərkibini və ona hansısa qaz vurulub-vurulmamasını gündəmə gətirir. Azərbaycan Dövlət Neft və Sənaye universitetinin kafedra müdiri Ələkbər Həsənovun sözlərinə görə benzinə hansısa qazların vurulması kimyəvi cəhətdən mümkündür.

Lakin qaz kondensatlarının əlavə edilməsi, mühərrikin iş sisteminə mənfi təsir göstərir. Standartlaşdırma Metrologiya və Patent Üzrə Dövlət Komitəsindən isə bildiriblər ki, bu iddia ilə bağlı quruma hər hansı bir müraciət daxil olmayıb. Narazı sürücülər isə 963 saylı qaynar xəttə müraciət edə bilərlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Benzinin tərkibindən şikayət var: qaz vururlar?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.