Cəmiyyət

Kreditin maaşdan tutulması qanunla tənzimlənirmi? - VİDEO

26 May 2016 21:17
1 Şərh     Baxış: 1 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi banklar kredit verərərkən belə bir şərt qoyur ki, aylıq kredit ödənişi müştərinin maaşından çıxılacaq. Bu müştəri üçün əslində bir sıra problemlərə gətirib çıxara bilər. Çünki bank hər ay maaşdan çıxır və ortada hərhansı bir qəbz yoxdur. Ekspertlər deyirlər ki, əslində bankların bucür addımı qanunvericiliklə də tənzimlənmir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, banklar kredit verir və aylıq ödəniş əməkhaqqından tutulur. Artıq bəzi banklar müştəri ilə kredit müqaviləsi imzalayarkən həmin sənədə bu prosesinin tətbiq edilməsi ilə bağlı bənd də salıb.

Bank hüquqşünası Anar Ramazanov deyir ki, əslində kredit müqaviləsinə belə bir bəndin salınması notarial qaydada təsdiq olunmalıdır.

Belə bir məqam var ki, vətəndaş kreditini qaytararkən ona ödədiyi məbləğ haqqında qəbz verilir. Bank isə müştərinin maaşından krediti çıxanda ortada hər hansı bir qəbz olmur. Sual yaranır ki, məbləğlə bağlı hər hansı problem yaranarsa bu necə həll oluna bilər?

Mütəxəssislərin fikrincə bu, bankların müştərilərin ehtiyacından sui-istifadə etməsidir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Kreditin maaşdan tutulması qanunla tənzimlənirmi?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.