Cəmiyyət

Taksi sürücüləri üçün xüsusi kurslar keçiriləcək - VİDEO

26 May 2016 21:14
0 Şərh     Baxış: 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu kurslarda onlara həm avtomobil nəqliyyatı haqqında qanunvericilik, həm də sərnişinlərlə etik davranış qaydaları tədris olunacaq. Kursu keçməyən sürücülərə fərqlənmə nişanı verilməyəcək və onlar taksi fəaliyyəti ilə məşğul ola bilməyəcəklər.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, taksi sürücüləri xüsusi hazırlıq keçəcəklər. Nəqliyyat Nazirliyi taksi sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ aktlara dair qaydanı təsdiqləyib. Bu qaydaya əsasən taksi sürücüləri kurslara cəlb olunacaqlar. Sürücülərin hazırlığı xüsusi proqram əsasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Tədris Kurs Kombinatında həyata keçiriləcək.

Tədris qruplarındakı sürücülərin sayı 10-20 nəfər arasında olacaq. Taksi sürücülərinə avtomobil nəqliyyatı haqqında qanunvericiliklə yanaşı,etik davranış qaydaları,sərnişinlərlə münasibət,qadağalar və digər məsələlərlə bağlı dərslər keçiriləcək.

Kursu müvəffəqiyyətlə başa vuran sürücülərə bu barədə sənəd təqdim ediləcək. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün fərqlənmə nişanı almaq istəyən sürücülərdən də bu kursu keçməsi barədə sənəd tələb olunacaq. Bölgələrdəki taksi sürücüləri də Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional idarələrində xüsusi hazırlıq keçə bilərlər. Kurslar yaxın vaxtlarda fəaliyyətə başlayacaq. Belə kurslar ödənişli olacaq. Taksi sürücülərinin ödəyəcəyi məbləğ isə hələlik dəqiqləşməyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Taksi sürücüləri üçün xüsusi kurslar keçiriləcək

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.