Cəmiyyət

Kimlər kredit ala biləcək? - VİDEO

26 May 2016 21:08
2 Şərh     Baxış: 2 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Banklar keçən dövrün acı nəticələrini nəzərə alaraq kredit siyasətlərinə yenidən baxmağa başlayıblar. Bəli kreditlər artıq verilir, amma hər bank istədiyi kimi şərtləri sərtləşdirib. Banklar Assosiasiyası isə hesab edir ki, şərtlərin sərtləşdirilməsində elə vətəndaşların xeyrinədir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, banklar kreditin verilməsi üçün istər müştərinin maksimum yaş həddini, istər kreditin maksimum müddətini, istərsə də məbləğini müəyyənləşdirməkdə tam azaddır. Amma bu şərtlər Maliyyə Bazarına Nəzarət Palatasının qoyduğu məhdudiyyətlər çərçivəində olmalıdır.

Banklar Assosiasiyasının üzvü Cavabşir Abdullayevin sözlərinə görə, banklar tərəfindən vətəndaşın minimum əmək haqqı ilə bağlı qoyduğu tələb də müəyyənləşdirilmiş çərçivədən çıxmamalıdır. Cavaşir Abdullayevin sözlərinə görə, kreditin götürülməsi ilə bağlı şərtlərin sərtləşdirilməsində ən çox udan vətəndaşlar olur. Yəni kommersiya bankları siyasətlərini bu şəkildə davam etdirsələr, kredit heç də hamı üçün əlçatan olmayacaq.

Krediti yenidən təklif etməyə başlayan bankların müştəri üçün qoyduğu tələblərdə yaş həddi 20-60 arası müəyyənləşdirilib. Eyni zamanda vətəndaşın hazırki iş yerində stajı minimum 1 il, əmək haqqısı isə 410 manat olmalıdır. Kreditlər isə 300 manatdan 5000 manatadək maksimum 2 ilə verilə bilər. Banklar Assoiasiyasının üzvü hesab edir ki, bankların bu çür sərt tələbləri başadüşüləndir, lakin çox güman ki, bu uzun çəkməz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Kimlər kredit ala biləcək?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.