Cəmiyyət

"Azerbaijan Fashion Week" - ikinci gün - FOTO

26 May 2016 18:46
Baxış: 1 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Boulevard Hotel Baku"da (Autograph Collection) yazın ən dəbli hadisəsi - "Azerbaijan Fashion Week" keçirilir. Mono nümayişlərdə qonaqları LIBAS (Azərbaycan), ALLA Couture (Rusiya), SS by Sergey Shabunin (Qazaxıstan) və JITROIS (Fransa) brendlərinin, eləcə də Qazaxıstan dizaynerləri Alex Chzhen, Khafiz Khan, Lamanukaeva, Zherebtsov, Eliz, gürcü brendləri Salle De Mode, Jgenti, Tiko Nebieridze və Ukraynadan Anzhella Bezroda və Snezhanna Gorobets moda evlərinin kolleksiyaları nümayişləri gözləyir. Azərbaycanı Nargiz Shakhbazi, K Fabuel, SH Couture və Fidan Osman təmsil edirlər.

Moda həftəsinin bütün günlərində Boulevard Hotel Baku-da AFW şou-rumları açıqdir. Bu şou-rumlardan həm nümayişlərdə təqdim olunan, həm də digər brendlərin geyimlərini əldə etmək mümkün olacaq. Onların arasında UGLY, Dameli, Datuna, Tako Dvaliashvili, Natia Tkhelidze, Samidel, Tamta Shindelishvili, Verbena, Smirnova var. Ənənəyə uyğun olaraq, Azerbaijan Fashion Week çərçivəsində pulsuz təcrübə seminarları, IED Milan institutunun nümayəndəsi ilə seminar, public talk, jurnal və elektron KİV nümayəndələri ilə dairəvi masa keçirilir.

Tədbir Nazirliyinin mədəniyyət və turizm sahəsində dəstəyi, eləcə də Fransa Respublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə keçirilir.

Qeyd edək ki, Azerbaijan Fashion Week ildə iki dəfə keçirilir. Ötən il iki mövsüm çərçivəsində Azərbaycan, Fransa, İspaniya, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstandan olan dizaynerlərinin iştirakı ilə 40-a yaxın nümayiş keçirilmişdi. Moda həftəsi Azərbaycanda inkişaf edən moda sənayesinin populyarlaşdırılmasına və istedadlı dizaynerlərin işlərinin nümayişi üçün şərtlərin yaradılmasına yönəlib. Tədbirdə moda sənayesinin beynəlxalq ekspertləri, o cümlədən, ən böyük satış şəbəkələri və mağazaların bayerləri, yerli və beynəlxalq jurnalların, beynəlxalq PR agentliklərinin nümayəndələri iştirak edirlər.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.