Cəmiyyət

İcbari sığorta sistemində yenilik ediləcək - VİDEO

25 May 2016 22:08
0 Şərh     Baxış: 1 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İcbari sığorta zamanı bəzən avtomobil haqqında olan məlumatlar sistemdə səhv yerləşdirilir. Ya onun minik və ya yük maşını olması yanlış göstərilir, ya da tonnajı səhv qeyd olunur. Sığorta hadisəsi baş verdikdə də sürücülər problemlə qarşılaşırlar. Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, artıq bu cür hallara son qoyulur. İcbari sığorta sistemində ediləcək dəyişiklikdən sonra avtomobil haqqındakı məlumatları oraya səhv yerləşdirmək mümkün olmayacaq.

İcbari sığorta sistemində yenilik ediləcək. Sığorta olunacaq avtomobil haqqında məlumatlar sistemə sığorta şirkətinin nümayəndəsi və ya vasitəçi tərəfindən daxil edilir. Sığorta haqqı da bu məlumatlara əsasən hesablanır.

Bilərək yaxud da bilməyərək edilən səhvlərin nəticəsində sığorta şəhadətnaməsi saxtalaşdırılır. Hər hansı bir hadisə baş verdikdə isə sürücü təqsirsizliyini sübut etmək məcburiyyətində qalır. Sistemdə ediləcək dəyişiklikdən sonra avtomobilin dövlət nömrə nişanını daxil etdikdə sığorta haqqı avtomatik olaraq hesablanacaq.

Yeni sistemin yaxın bir neçə ay ərzində işə düşəcəyi gözlənilir. Mütəxəssislərin sözlərinə görə, bununla da endirim və sığorta dələduzluğu hallarının sayı azalacaq. Sığorta ödənişlərindən imtina halları əngəllənəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İcbari sığorta sistemində yenilik ediləcək

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.