Cəmiyyət

İstirahətini xaricdə keçirmək istəyənlər bu xəbəri mütləq izləsinlər! - VİDEO

25 May 2016 22:05
3 Şərh     Baxış: 2 031
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çoxları artıq yay istirahəti üçün plan qurmağa başalyıblar. İstirahətini xaricdə keçirmək istəyənlər bu xəbəri mütləq izləsinlər. Xaricə getməyin ucuz tərəflərindən danışacağıq.

İstədəyiniz ölkəni, istədəyiniz oteli, istədiyiniz tarixdə siz seçirsiniz. Hətta uçuş biletini belə bir neçə dəqiqəyə alırsınız. Aviabilet və otel qiymətləri haqqında maraqlanmaq və daha sərfəli olanını əldə etmək üçün bir neçə dəfə turizm agentliyinə getməyə ehtiyac yoxdur. Xaricə getməyin ən ucuz yolu evdə oturaraq oteli və aviabileti rezervasiya etməkdən keçir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, bir neçə sayt bu sahə üzrə ixtisaslaşıb. Sayta daxil olursunuz, gedəcəyiniz tarixi seçirsiniz, neçə nəfər olduğunuzu və otelin ulduzunu qeyd edirsiniz. Sayt, seçdiyiniz şəhər üzrə bütün otel nəticələrini və aviabilet qiymətini qarşısına çıxarır. Video və şəkillərə baxaraq otelin bütün şəraiti ilə tanış olduqdan sonra cibinizə uyğun olanını seçirsiniz.

Mütəxəssislərin sözlərinə görə onlayn rezervasiya, turpaketdən daha sərfəlidir. Bu yolla həm otel həm də uçuş biletinin qiymətində qənaət etmək olur.

Budur, qiymət fərqi gözəçarpacaq qədərdir. "Online" rezerv edən şəxs bunu bir neçə ay əvvəl etməlidir. Çünki, qiymətlər əvvəlcədən daha ucuz olur. Saytdan qeydiyyatdan keçmək də əlverişli hesab olunur. Çünki, kimsə tərəfindən bron geri qaytarıldığı təqdirdə yeni tariflər haqqında şəxsin elektron poçt ünvanına xəbər göndərilir. Ancaq bu səhənin riskli tərəfləri də var.

Mütəxəssislərə görə də onlayn rezervasiya edən şəxs diqqətli olmalıdır. Əsas olan saytın güvənilən olub olmadığıdır. Problem yaranmasın deyə rezervasiya etməzdən əvvəl şəraiti öyrənmək üçün otelə zəng vurmaq da məsləhətdir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İstirahətini xaricdə keçirmək istəyənlər bu xəbəri mütləq izləsinlər!

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.