Cəmiyyət

Azərbaycanın məşhur yeri sakitliyə qərq oldu - VİDEO

25 May 2016 21:52
2 Şərh     Baxış: 2 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamaxıdan 41 kilometr uzaqlıqda yerləşən, vaxtilə səsli-küylü, qonaq-qaralı,olan Səfalı kəndi sakitliyə qərq olub. Azərbaycanın bir neçə məşhur kinolarının çəkildiyi bu kənddə yaşlı nəslin nümayəndələri qalıb.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, əsası 17-ci əsrdə qoyulmuş, keçən yüz illiyin ortalarında Azərbaycan kinomatoqrafiyası tarixində müstəsna rola malik olan Şamaxının Səfalı kəndinin əhalisi günü-gündən azalır.

Kənd sakinləri bildirirlər ki, əsasən gənc nəsilin şəhər həyatına maraq göstərməsi və bəzi ailələrin işi ilə əlaqdar başqa yerlərə köçməsi azalmaya səbəb olub.Əvvəllər Zarat adlanan kəndin ərazisindən keçən Pirsaat çayı 1963-cü ildə öz axarından çıxaraq 100-dən çox yaşayış evini yuyub və kənd tamamilə xəritədən silinib. 600-dən çox sakin isə rayonun digər kəndlərinə köçürülüb. 1965-ci ildən kəndin bir neçə sakini yenidən kənddə məskunlaşır və kənd Səfalı adlandırılır. Hazırda 22 yaşayış evi , 120 sakini var.

Səfalı kəndi bir neçə məşhur fılmlərin çəkilişinə də səhnə olub. Qəm pəncərəsi, Qanlı zəmi, Qəzəlxan, Ovsunçu, Pirverdinin xoruzu, Dədə Qorqudun bəzi fraqmentləri və bu yaxınlarda Buta filminin çəkilişi səfalıda aparılıb.

Əhalinin azalmasından narahat olan kənd sakinləri ümid edirlər ki, öz kəndlərini filmlərdən xatırlamaq məcburiyyətində qalmazlar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanın məşhur yeri sakitliyə qərq oldu

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.