Cəmiyyət

“...Qəlbinizin qulaqlarını açın ki, sözlərimi dərk edəsiniz”

26 May 2016 22:10
1 Şərh     Baxış: 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmam Əli (ə) buyurur: "Həqiqətən mən sizin aranızda qaranlıqda olan çıraq kimiyəm. Hər kim aydınlığından bəhrələnmək istəyər - eşidin və sözlərimi qəbul edin. Qəlbinizin qulaqlarını açın ki, sözlərimi dərk edəsiniz".

Hədisin şərhi.
Milli.Az deyerler.org-a istinadən bildirir ki,  İmam Əli (ə) səadət yolunun aydınlanması üçün özünü qaranlıqda olan çırağa bənzətmişdir. O kəslər ki, hidayət axtarışındadırlar, Həzrətin (ə) elmindən və nurundan bəhrələnə bilərlər. Bu yolla inkişaf edər və həqiqət yoluna qoşula bilərlər. Necə ki, qaranlıqda yol gedən çıraq vasitəsilə yolunu aydınladar, İmamın (ə) kəlamları da hər kəsi cahillik zülmətindən çıxardıb hidayət nuruna tərəf aparar. İmam (ə) buyurur ki, əgər mən olmasam, siz qaranlıq və zülmətdə məğlub olarsınız. (Həvzəh)
Həzrət (ə) buyurur ki, hər kim mənim aydınlığımdan bəhrələnmək istəyirsə, gərək sözlərimə qulaq versin. Ürəyi moizə və nəsihət eşitmək üçün hazır olsun. Əvvəl buyurur ki, zahiri qulaqlarınızı açın və mənə yaxşı qulaq asın. Sonra buyurur ki, qəlb qulaqlarınızı sözlərimi eşitmək üçün hazır edin. Çünki zahiri qulaqların eşitdiyi hər bir söz, qəlb qulağında yer alar və insan əgər bu sözləri qəlb qulağına daxil edə bilərsə, o zaman təfəkkür edər. Hər kim təfəkkür edərsə, İmamın (ə) nə demək istədiyini dərk edə bilər. İmamın (ə) da istədiyi şey elə budur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.