Cəmiyyət

Şükür səcdəsi – nemətlərin artırılması vasitəsi

26 May 2016 23:10
2 Şərh     Baxış: 4 320
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmam Zaman ağa (ə.f) buyurur: "Şükür səcdəsi - ən lazımlı və ən vacib İlahi müstəhəblərdəndir. Necə ki, vacibatdan sonra edilən dua və təsbih, nafilədən sonra edilən duadan fəzilətlidir. Necə ki, vacibat nafilədən fəzilətlidir. Səcdə - dua və təsbihdir".

Hədisin şərhi.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu şərəfli hədis - İmamın (ə.f) Muhəmməd ibn Abdullah Həmiriyə yazdığı məktubun bir hissəsindəndir. Bu hədisdə müstəhəb əməl olan şükür səcdəsinə işarə edilmişdir. Ondan sonra vacibatlardan sonra edilən dua və təsbihdən söz açılmışdır. Onun fəzilətini vacibatın nafilədən nə qədər çox fəzilətli olduğu kimi tanıtmışdır. Sonra isə səcdə etməyin, alnı torpağa qoymağın savabını dua və təsbih məqamında bəyan etmişdir.
Bu hədisdən belə nəticəyə gəlmək olur ki, bütün müstəhəb və vacibatlar məqam baxımından eyni deyildirlər. Misal üçün, namaz - vacibatlar arasında ən fəzilətlisi hesab olunur. Əməllərin qəbul olması namazın qəbul olmasından asılıdır. Bu hədisə əsasən, şükür səcdəsi də ən fəzilətli əməllərdəndir. Bəlkə də ona görə belədir ki, şükür səcdəsi nemətin artmasının açarıdır. Yəni, insan hər nemətə görə şükür etsə, həmin nemət davamlı olar və artar.
Qurani-Kərim buyurur: "Və (yada salın) o zaman(ı) ki, Rəbbiniz (belə) elan etdi: "Əgər şükür etsəniz, sizə (olan nemətləri) mütləq artıraram". ("İbrahim" 7).
İmam (ə.f) bu hədisdə bir neçə nöqtəyə işarə etmişdir. O cümlədən:
1. Şükür səcdəsinin zaman və məkanı yoxdur. Ən yaxşı zamanı əgər axtarmaq istəsək, vacib və nafilə namazlarından sonradır.
2. Səcdə - insanın kamalı və Allah Təala qarşısında müti olmasının əlamətidir. Belə bir insan özünü görməz, bütün əzəmət və qüdrəti Allahdan bilər.
3. Vacib namazlardan sonra edilən dua və təsbihin savabı, nafilələrdən sonra edilən dua və təsbihdən daha çoxdur.
4. İmam (ə.f) buyurur ki, səcdənin özü də dua və təsbihdir. Necə ki, namazdan sonra zikr etmək yaxşı sayılır, səcdə etmək də yaxşı sayılır. Dua və təsbihin əsil hədəfi - Allah Təalaya müti olmaq və nə qədər zəlil və aciz olduğunu bildirməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.