Cəmiyyət

Xaricdə pulsuz ali təhsil almaq mümkündürmü? - VİDEO

24 May 2016 21:18
2 Şərh     Baxış: 1 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekspertlər xaricdə pulsuz təhsil almaq üçün gənclərin müxtəlif ölkələrin, eləcə də fondların çoxlu sayda təqaüd proqramından faydalana biləcəyini deyir. Mütəxəssislərin xaricdə pulsuz oxumaq istəyənlərə qızıl tövsiyyələri var.

Xaricdə təhsil almaq bir çox gəncin arzusudur. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrində təhsili üzrə dövlət proqramı başa çatdığından bir çoxları elə düşünür artıq şəxsi vəsait olmadan xaricdə təhsil almaq olmaz. Ancaq ekspertlər bildirir ki, hər hansı vəsaitə sahib olmadan xaricdə təhsil almaq çox asanlıqla mümkündür. Əsas məsələ xaricdə oxumaq üçün mənbələri düzgün araşdırmaqdır.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, bundan başqa ekspertlər xaricdə təhsil üçün müraciət etməzdən öncə ingilis dili üzrə beynəlxalq sertifikatlara malik olmağın vacibliyinə də diqqət çəkirlər. Bu sertifikatları əldə etmək xaricdə təhsil üçün hazırlığın elə ilk işi olmalıdır.

Xaricdə pulsuz təhsil üçün ən çox təqaüdün verildiyi ölkələrdən biri Amerika Birləşmiş Ştatlarıdır. Bu ölkənin Azərbaycandakı səfirliyi vasitəsilə hər il müxtəlif proqramlar üzrə gənclər pulsuz təhsil imkanları əldə edirlər.

Bundan başqa bir sıra ölkələrin xarici tələbələr üçün təqaüd proqramlarından da yararlanmaq mümkündür. Bu proqramlar bütün xərcləri öz öhdəsinə götürür. Ekspert Elnur Əliyevin dediyinə görə, müxtəlif qurumların təqaüd proqramlarından əlavə ayrı-ayrı universitetlərin özlərinin də xüsusi təqaüd proqramları olur. Bunun üçün xarici universitetlərin saytlarını mütəmadi izləmək lazımdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Xaricdə pulsuz ali təhsil almaq mümkündürmü?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.