Cəmiyyət

Güclü külək və dolu Tovuzu bu hala saldı - VİDEO - FOTO

24 May 2016 13:46
40 Şərh     Baxış: 2 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuz rayonuna dünən axşam saatlarında yağan dolu əsasən Kirən, Böyük Qışlaq, Çatax,Yanıxlı və Köhnə Qala kənd sakinlərinə ziyan vurub. İri buz parçaları kartof sahələrini, meyvə bağlarını məhv edib.

Kəpəz TV (Region TV) xəbər verir ki, güclü külək Köhnə Qala kəndində hündürlüyü 20 metrdən çox olan iri gövdəli ağacı aşırıb.  Nəticədə elektrik naqilləri, dirəklər və bir neçə sakinin sayğacı sıradan çıxıb. Yaşayış məntəqəsinin bir hissəsinə elektrik enerjisinin verilişində problemlər yaranıb. Dolu dağ kəndi olan Kirəndə sakinlərinin təsərrüfatındakı 100-dən artıq toyuq-cücəni tələf edib.

Rayon Fövqəladə Hallar Komissiyası yaşayış məntəqələrinə dəyən ziyanı hesablayır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Tovuzda güclü külək və dolu bir sıra fəsadlara yol açıb

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.