Cəmiyyət

Tibbin ən inanılmaz MÖCÜZƏLƏRİ

24 May 2016 23:50
3 Şərh     Baxış: 2 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

David Blankarte 12 il əvvəl motsiklet qəzası nəticəsində ölümdən dönür. Amma, onurğası ciddi zədələndiyinə görə beldən aşağı hissəsi işləmir. O, 19 il əlil arabasında oturaq həyat tərzi keçirir. Ancaq iki il əvvəl tünd qəhvəyi rəngli bir hörümçək onu sancır, David fizioterapevtik müalicə götürən zaman tibb bacısı onun ayağında hörümçəyin sancdığı yeri görür. Buna görə onu test edirlər və 5 gün sonra Davidin gəzməsinə həmin hörümçək sancmasının səbəb olduğunu deyirlər.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, ciddi səbəblərdən süni ürək aparatına qoşulan adam indi danışa və yemək yeyə bilir. Beynindən ağır zədə aimış 38 yaşlı xəstə 6 il danışa, udquna bilmirmiş. O hətta beyninin iradəsinə əsasən hərəkət də edə bilmirmiş. Həmin xəstənin üzərində bir müalicə üsulu tətbiq edilir. Onun beyninin işləməyən hissəsinə elektrodlar vasitəsilə cərəyan verdikdən sonra, oyanmalar baş verir . İndi xəstə öz-özünə yemək yeyə bilir. Ailəsini tanıyır, saçını daraya bilir, doktorlarını tanıyıb, onlarla söhbət edir. Beyinə cərəyan ötürən "Dərin beyin stimulyatoru" aparatını Parkinson xəstələrində və bəzi ruhi xəstəliklərdə də istifadə edir.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.