Cəmiyyət

İki rayonda qasırğa tüğyan eləyir

23 May 2016 19:40
1 Şərh     Baxış: 2 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daşkəsən və Şəmkirdə güclü qasırğa olub. 

Şəmkirdə güclü qasırğa bir sıra fəsadlar yaradıb. APA-nın verdiyi məlumata görə, rayon ərazisində bir sıra tikililərin dam örtüyünü dağıdan külək Bakı-Qazax magistral yolunda iri gövdəli ağacları yolun hərəkət hissəsinə aşırıb, avtomobillərin hərəkətində çətinlik yaranıb.

Aidiyyatı qurumlar fəsadların aradan qaldırılması istiqamətində tədbrilər görür.

Daşkəsəndə də güclü qasırğa olub. Təxminən saat 18 radələrindən etibarən Daşkəsən rayonunun mərkəzində güclü külək və yağışla müşahidə olunan qasırğa başlayıb. 

Təbii fəlakət nəticəsində rayon mərkəzində olan ağaclardan bir neçəsi aşaraq elektrik naqillərini qırıb. Həmçinin ağac bir avtomobilin üzərinə düşərək maşını yararsız hala salıb. Güclü külək elektrik dirəklərinin bir neçəsini aşırıb.

Hazırda Daşkəsən şəhərinin yarısı elektrik enerjisiz qalıb.  Qasırğa bəzi yaşayış binalarının dam örtüyünü sıradan çıxarıb. 

Rayon İcra Hakimiyyəti aparatından bildirilib ki, təbii fəlakətin vurduğu ziyan hələlik rayon mərkəzində müəyyən olunub. Qasırğanın ətraf kəndlərdə təsərrüfatlara ziyan vurduğu da istisna edilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.