Cəmiyyət

Qonşunun qızılını oğurlayıb, hində gizlətdi - VİDEO

12 May 2016 21:01
4 Şərh     Baxış: 1 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hövsanda qonşusunun evindən oğurluq etməkdə şühəli bilinən 21 yaşlı Rafiq Rzayev Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. "Qum adası" yaşayış massivində yaşayan Emin Bünyatovun şikayəti əsasında əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qonşu Rafiqi də dindiriblər. O, dindirmə zamanı törətdiyi əməli etiraf edib.
Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, Rafiq Rzayev qonşusunun evindən qızıl-zinət əşyalarını oğurladığını bildirib. O, oğurladığı əşyaları gizlətmək üçün az adamın ağlına gələ biləcək yeri - toyuq hinini seçib.
 
Rafiq Rzayev yaşadığı yaşayış massivində daha bir neçə qonşunun da evindən oğurluq etdiyini etiraf edib. O, həmin evlərdən pul və tikintidə istifadə olunan avadanlıqları götürüb.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qonşunun qızılını oğurlayıb, hində gizlətdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.