Cəmiyyət

Yeni binaların idarə edilməsində problemlər var - VİDEO

6 May 2016 22:11
0 Şərh     Baxış: 1 608
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sakinlər bir çox halda yeni çoxmənzilli binaların idarə edilməsindən narazılıqlarını ifadə edirlər. Çünki əsasən MTK-lar tərəfindən həyata keçirilən bu xidmət zamanı sakinlərin iştirakı demək olar nəzərə alınmır. Halbuki, bu cür narazılıqlarla qarşılaşmamaq üçün sakinlərin idarəetmədə birbaşa iştirakı vacib sayılır.

İqtisadiyyat Nazirliyinin  mənzil kommunal siyasəti şöbəsinin müdiri Nızamı Qasımov qeyd edir ki, vətəndaşların mənzili alandan sonra bu işlərlə çox da maraqlanmaması MTK-lara idarəetmə üçün fürsət yaradır. Nəticədə ya sakindən əlavə haqq tələb olunur, ya da özbaşına qərar qəbul edilir. Əslində isə belə binaların idarə edilməsi qanunvericilikdə birmənalı göstərilib. 

Ancaq bundan sonra sakinlər yığışıb ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yəni öz idarəetmələrini qurmalı və ya başqa bir idarəçini dəvət etməlidirlər. 

Əgər MTK-lar bu işi vətəndaşlara təhvil vermək istəməsə, o zaman sakinlər məhkəməyə müraciət etməlidir.

Milli.Az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yeni binaların idarə edilməsində problemlər var

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.