Cəmiyyət

Erməni qucaqlamaq yanğısı

5 May 2016 22:29
14 Şərh     Baxış: 12 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az azvision.az-a istinadən Günay Ardanın yazısını təqdim edir

Yeganə müqəddəs kitab qanunlar toplusudur. İnsan haqlarının müdafiəsi, insan haqlarının təminatından başqa reallıq yoxdur. Həmin o ali kitaba görə isə ermənilər bizim yaşamaq haqqımızı əlimizdən alıblar. Gəncə, körpəyə qıyıblar, dinc əhaliyə normal insan beyninin qəbul edə bilməyəcəyi işgəncələri veriblər.

Sadaladıqlarımı unutmaq, heçə saymaq insanlığı alçaltmaqdır, insan haqlarından keçməkdir.

Məktəbdə müəllim uşağının üstündə qışqıranda ölkəni dağırtmağa hazır olan, bütün müəllimləri təhqir edənlər qətlə yetirilən saysız-hesabsız azərbaycanlı uşaqlarının ölümünü keçmişə yazır.

Bir jurnalistin reketliklə məşğul olmasına görə bütün jurnalistləri qapazaltı edənlər "Suçu bütün ermənilərə aid edə bilməzsən" deyirlər.

Elə yaralar var ki, illər keçdikdə ağrısı azalır, yerini öfkə, kin alır. Kini, öfkəni isə yalnız üzr diləmək, itirilənləri bərpa etməklə azaltmaq olar. 23 il ərzində ermənilərin azərbaycanlılara qarşı zorakılığı, qəddarlığı davam edib. Atəşkəs dövründə belə, müxtəlif dövrlərdə və rayonlarda ermənilər dinc sakinləri öldürməkdən çəkinməyiblər.

Yaşamaq haqqı ilə yanaşı, insanın necə yaşamaq haqqı da var. Dost seçmək, ünsiyyət saxlamaq, özünə uyğun məişət qurmaq hamının öz ixtiyarındadır. Bu daiərəyə bir kimsənin hökm etmək haqqı yoxdur. Ətrafa zərər vermədikcə insan haqqları ucsuz-bucaqsız dəniz kimi səni ağuşuna alıb xoşbəxt edir.

Kiməsə dost diqtə etmək, yol göstərmək ixtiyarımız yoxdur. İnsana şərəfli yaşamaq diqtə edilməz, insana özünə hörmət diqtə edilməz...
Biz 23 il ərzində Bakıda millətçi, Bakıdan kənarda ermənilərlə qucaq-qucağa çoxunu görmüşük. Bunlar bizi təəccübləndirmir. Mövzu çeynənilib, yolunub... Biz ikiüzlünü də, özünü tolerant, canıyanan göstərəni də tanıyırıq. Bu canıyananlıq, erməni sevgisi bizi qıcıqlandırmır, canımızı yandırır.

Erməni mənim düşmənimdirmi?
Qarabağda, Qərbi Azərbaycanda axıdılan azərbaycanlı qanına görə bütün ermənilər cavabdehdirmi?
Bəli!
Ermənilərin törətdiyi cinayətləri etiraf etməyən, üzr istəməyən, insan faciəsinə, dinc əhaliyə qarşı zorakılığa biganə qalan erməni də, rus da, apaçi də günahkardır.

Kökündən qopan hər budaq ot-ələf olmağa məhkumdur. Özünü, kökünü və dəyərlərini alçaldan, millətçiliklə bağlı bütün addımları ələ salanları özünə hörmət edən heç bir xalq nə qəbul edir, nə də sevir. "Bütün millətlər qardaşdır","Siz bizim düşmənimiz deyilsiniz" dediyiniz ermənilərin sosial şəbəkədə, yaşadıqları ölkədə göstərdikləri diaspora fəaliyyətinə baxın. Heysiyyatınız inanıram ki, sizə güc gələcək. Onlar ürəklərində sizə gülürlər.

Millətçilik, kökünə bağlılıq, ölkəsini sevmək ələ salınır. Yazısı oxunmayan, kitabı satılmayan, adam yerinə qoyulmayan, sözünün dəyəri olmayan hamı millətə, millətçiyə düşmən kəsilir.

Siz siz olun, milli gücü, vətən sevgisini, Azərbaycanın hər uğurunu ələ salan adamları ətrafınıza qoymayın. İctimai pessimizm, gücsüzlük təlqin edənlər əmin olun ki, düşmən olmasa da, düşmənin sağ əlidir.

Bizə tolerantlıq, milli-ayrıseçkilik etməmək dərsi keçmək yersizdir. Biz dəfələrlə bağışlamışıq. Dönə-dönə keçmişin üstündən xətt çəkmişik, tökülən azərbaycanlı qanlarının üstündə ermənilərə ev tikdirib yaşamışıq. Lakin dövr o dövr deyil. Böyük güclər, demokratiya beşiyi olan ölkələr nəinki minlərlə dinc sakininə görə, hətta cansız texnikasına görə də qisas alır, qanlar tökür.

P.S: Mən ermənilərin etdiyi bütün vəhşiliklərə görə üzr istəyən, erməni olduğuna görə özünü tökülən qanlarda cavabdeh tərəf görən hər bir ermənini bağrıma basmağa hazıram. Əgər dünyada belə bir erməni varsa..

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.