Cəmiyyət

Əhli sünnə kimlərdir?

5 May 2016 23:50
1 Şərh     Baxış: 11 022
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Görəsən ilk  dəfər olaraq  "əhli sünnə vəl cəmaə" ibarəsini kim işlədib? Bu məsələni iki cəhətdən araşdırmaq mümkündür.

1. Siyasi

2. Mədəni və Dini

Milli.Az islamaz.comn-a istinadən bildirir ki, mədəni və dini cəhətdən ilk olaraq bu ibarəni istifadə edən peyğəmbər (s) olmuşdur. Allah rəsulu buyurub:

الا و من مات علی حب آل محمد مات علی السنة و الجماعة
"Agah olun, kim Ali-Muhəmmədə məhəbbət üzərə dünyadan köçərsə sünnət və cəmaət əhli kimi dünyadan köçmüşdür." (Zəməxşəri, Kəşşaf c.4, Fəxri Razi, Təfsiri-Kəbir, əhli sünnənin məhşur təfsirçisi Sələbi "Şura" surəsinin 23 ayəsinin təfsirində bu hədisi qeyd edib)

Bu hədisin sənədi barəsində qısa araşdırma nəticəsində hədisi rəvayət edən ravilərin hamısının əhli sünnədən olduğu məlumdur. Lakin siyasi cəhətdən Doktor Ticani Səmavi özünün "Həqiqi əhli sünnə, şiədir" kitabında belə qeyd edir:

Əhli-sünnət İslamın böyük bir tayfasıdır ki, onlar fətva və təqlid məsələlərində 4 məzhəbin imamlarına (Əbu Hənifə, Maliki, Şafii, Əhməd bin Hənbəl) müraciət edən kəslərdir. Bunlardan öz təlimlərini İbn Teymiyyədən sonrada Muhəmməd ibn Əbdül Vəhhabdan əxz etmiş "Sələfiyyə" adı ilə məşhurlaşan bir dəstə də ayrıldı. Bu böyük qrup özünü əhli sünnə və bəzi vaxtlarda da əhli sünnə vəl cəmaə adlandırırlar. Tarixi araşdırmalardan belə məlum olur ki, hər kəs 4 Raşidi Xəlifələrin xilafətini qəbul edib onların imamətini etiraf edərsə (istər o zamanda istərsə də ki, hazır ki zamanımızda) sünnü və əhli sünnə vəl cəmaətdən hesab olunur. Və bunu inkar edib Hz.Əli İbn Əbu Talibin imamətinə etiqad edən kəsləri isə şiə adlandırırlar.Tarixi mənbələrin diqqətlə araşdırılması zamanı bunun da şahidi oluruq ki, peyğəmbərin dediyi "sünnə vəl cəma" ədən" ibarəsindən ehtifa olunan "Sünnü" ifadəsi peyğəmbərin (s) ölümündən sonra meydana gəldi. Çünki məhz bu ifadə Əbu Bəkrin xilafətinin möhkəmlənməsində köməkçi amil rolunu oynadı.  Digər bir nöqtə bundan ibarətdir ki, "Şiə" ifadəsi sünnə ilə ziddiyyət təşkil etmir. Çünki bəzən adi camaatın çox hissəsi fəxrlə deyir ki,"biz əhli sünnəyik".Məqsədləri də onlardan başqalarının sünnəyə zidd olmasını deməkdir. Elə buna görə də şiələr özlərinin həqiqi əhli sünnə olduqlarına inanırlar. Çünki biz sünnəni onun təbii və həqiqi yolu olan Hz. Əli İbn Əbu Talibdən (ə) əxz etmişik. ("Həqiqi əhli sünnə, şiədir" kitabı, s.21-23)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.