Cəmiyyət

Quranda hər şey varmı?

5 May 2016 21:50
9 Şərh     Baxış: 2 152
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quranda hər bir problemin həllinə işıq tutan düsturlar var.

Bəziləri iddia edirlər ki, Quranda hər şey var. Hətta dediklərinə Qurandan iki ayəni də dəlil gətirirlər. Gətirdikləri dəlil də ayədəki "kitab" və "hər şey" sözlərinin yanaşı çəkilməsidir. Həmin ayələri qeyd edim:

"Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik" ("Nəhl" surəsi, 16/89).

"Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq" ("Ənam" surəsi, 6/38).

Milli.Az din.az-a istinadən bildirir ki, bu iki ayəni əsas olaraq qəbul edən bəzi müsəlman alimlər Qurandan çıxarılacaq 77450 elmin olduğunu iddia ediblər. Təəssüflər olsun ki, həmin alimlər iddia etdikləri elmlərin kəşfinə çalışmayıblar...

Qısa olaraq cavab yazaq ki,

1. Ayələrdə qeyd edilən "kitab" sözündən Quranı başa düşüblər. Bu cür yanaşma isə tamamilə hissi, romantik bir yanaşmadır və reallıqdan uzaqdır. Çünki buradakı "kitab" sözü yaradılanların və vəhyin qeydiyyatının aparıldığı SSD (hard disk)dir.

2. "Hər şey" sözündən məqsəd isə "sonsuz məlumatlar", "məhdudiyyətsiz informasiyalar" deyil, qeyd edilən mövzu ilə əlaqəli məsələlər nəzərdə tutulur. Və bunun da bir çox misalı var.
Bəli, Quranda hər şey yoxdur, lakin həyatda üzləşə biləcəyimiz hər vəziyyətə tətbiq edəcəyimiz nümunələr var.

Quranda hər problemin həlli yoxdur, çünki problemlər bitməz-tükənməzdir. Lakin  quran-mosque

Unutmamalıyıq ki, müəyyən düsturlarla müəyyən olmayan problemləri həll etmək mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.