Cəmiyyət

Axirətin sübutunu istəyənlərə

5 May 2016 23:40
5 Şərh     Baxış: 4 122
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Axirətin, yəni ölümdən sonrakı həyatın olduğunu necə sübut edə bilərsiniz?

Dr. Zakir NAİK
1. Axirətə iman kortəbii inanca əsaslanmır

Milli.Az din.az-a istinadən bildirir ki, insanların bir çoxu güclü elmi və məntiqi təfəkkürə malik bir insanın ölümdən sonrakı həyata iman gətirməsini təəccüblə qarşılayır. Onlar güman edir ki, axirətə iman kortəbii etiqaddan irəli gəlir. Lakin mənim axirətə imanım məntiqi dəlillərə söykənir.

2. Axirətə iman etmək məntiq ilə üst-üstə düşür

Qurani-Kərimdə elmi faktlardan bəhs edən minlərlə ayə var. Bu barədə oxumaq üçün "Quran and Modern Science-Compatible or Incompatible" adlı kitabıma müraciət edə bilərsiniz. Quranda qeyd olunmuş bir çox həqiqət son bir neçə əsrdə kəşf olunub. Bununla belə elm hələ Quranın hər bir kəlamını təsdiq edəcək qədər inkişaf etməyib.

Təsəvvür edin ki, Quranda deyilənlərin 80 faizinin müasir elm tərəfindən 100 faiz düz olduğu özünü doğruldub. Qalan 20 faiz haqqında isə elm qəti bir fikir bildirmir, çünki elm bunları təsdiq, yaxud təkzib etmək üçün hələ lazımi səviyyəyə çatmayıb. Yiyələndiyimiz məhdud elmə söykənərək bu 20 faizlik hissənin bir faizi, yaxud Qurandakı bircə ayənin belə yanlış olduğunu əminliklə söyləməkdə acizik. Beləliklə, Quranın 80 faizi elm tərəfindən qəti olaraq 100 faiz təsdiqləndiyindən və qalan 20 faiz təkzib edilmədiyindən, məntiqə görə bu 20 faizin də doğru olduğu qənaətinə gəlmək olar. Quranda axirətin mövcudluğu həqiqəti elm adamları tərəfindən bu barədə qəti bir söz söyləməmələrinə rəğmən, hələlik 20 faizlik hissəyə aid edilir. Lakin mənim məntiqim axirətin haqq olduğunu diqtə edir.

3. Axirətə iman olmadan sülh və insani dəyərləri məfhumu məna kəsb etmir

Oğurluq yaxşı əməldir, yoxsa pis əməl? Normal ağıllı bir insan bunun çirkin bir əməl olduğunu deyəcək. Bəs axirətə inanmayan insan güclü və nüfuzlu bir cinayətkarı oğurluğun pis bir əməl olduğuna necə inandıra bilər?

Təsəvvür edin ki, mən dünyada ən güclü və nüfuzlu cinayətkaram. Eyni zamanda, həm də intellektual və məntiqi təfəkkürə malik bir insanam. İddia edirəm ki, oğurluq yaxşı əməldir, çünki o mənim təmtəraqlı həyat yaşamağıma kömək edir. Beləliklə, oğurluq mənim üçün yaxşı əməldir.

Əgər kimsə mənə bunun şeytani əməl olduğunu məntiqi dəlilə söykənərək sübut etsə, mən o dəqiqə bu əməldən çəkinəcəm. İnsanlar bu barədə adətən aşağıdakı dəlilləri gətirirlər:

a. Soyğunçuluğa məruz qalan şəxs çətinliklərlə üzləşir

Bəziləri deyə bilər ki, soyğunçuluğa məruz qalan şəxs çətinliklərlə üzləşir. Mən tamamilə razılaşıram ki, soyğunçuluğa məruz qalan üçün bu çox pisdir. Amma mənim üçün yaxşıdır. Mən min dollar oğurlasam, 5 ulduzlu oteldə yaxşı yeməkdən həzz ala bilərəm.

b. Kimsə sizdən oğurlaya bilər

Bəzi insanlar bildirirlər ki, bir gün onlar da də soyğunçuluq ilə üzləşə bilər. Heç kim məndən oğurlaya bilməz, çünki mən güclü və nüfuzlu cinayətkaram və mənim yüzlərlə cangüdənim var. Mən hər kəsdən oğurlaya bilərəm, amma heç kim məndən oğurlaya bilməz. Oğurluq sıravi bir insan üçün təhlükəli bir peşə ola bilər, mənim kimi mötəbər insan üçün isə yox.

c. Polis sizi həbs edə bilər

Bəziləri deyə bilər ki, əgər oğurluq etsəniz, polis sizi həbs edə bilər. Polis məni həbs edə bilməz, çünki mənim ödəniş dəftərimdə polislərin də adı var. Mənim haqq-hesab dəftərimdə nazirlər var. Mən razılaşıram ki, əgər adi bir insan oğurluq etsə, onu həbs edəcəklər və bu onun üçün çox pis olacaq, amma mən son dərəcə nüfuzlu bir cinayətkaram.
Bunun mənim üçün pis olduğunu isbat edən məntiqli bir səbəb deyin, mən həmin an oğurluq etməyi dayandırım.

ç. Bu, asan yolla qazanılmış puldur

Bəziləri deyə bilər ki, bu, zəhmətlə qazanılmış pul deyil, asan yolla qazanılmış puldur. Tamamilə razıyam, bu, asan qazanılmış puldur, və oğurluq etməyimin əsas səbəblərindən biri də budur. Əgər bir insanın çətin yolla qazandığı kimi asan yolla da qazanmaq seçimi varsa, istənilən məntiqli insan asan yolu seçəcək.

d. Bu, insanlığa qarşıdır

Bəziləri deyə bilər ki, bu, insanlığa qarşıdır, insan digər insanları düşünməlidir. Bunun əksini iddia edərək deyirəm: "Bu "insanlıq" adlı qanunu kim yazıb və mən nə üçün ona riayət etməliyəm?

Bu qanun emosional və həssas insanlar üçün yaxşı ola bilər, mən isə məntiqi təfəkkürlü bir insanam və digər insanların qayğısına qalmaqda özüm üçün heç bir fayda görmürəm.

f. Bu, xudbin hərəkətdir

Bəziləri deyə bilər ki, oğurluq xudbin hərəkətdir. Bu doğrudur ki, oğurluq xudbin əməldir; amma mənə deyin, mən niyə xudbin olmamalıyam? Bu, mənə həyatdan zövq almağa kömək edir.

1. Oğurluğun şeytan əməli olmasının heç bir məntiqi səbəbi yoxdur

Nəticə etibarilə, oğurluğun şeytani əməl olduğunun sübutu kimi göstərmək istədiyiniz bütün arqumentlər mənasızdır. Bu arqumentlər adi insanı qane edə bilər, mənim kimi güclü və nüfuzlu cinayətkarı isə yox. Arqumentlərdən heç biri səbəb və məntiq gücünə əsaslanmır. Dünyada bu qədər çox cinayətkarın olduğu heç də təəccüblü deyil.

Həmçinin, təcavüz, dələduzluq və s. hallar mənim kimi bir insan üçün yaxşı əməllər kimi qiymətləndirilə bilər, çünki məni bunların pis əməl olduğuna inandıracaq heç bir məntiqli dəlil yoxdur.

2. Müsəlman güclü və nüfuzlu cinayətkarı inandıra bilər

İndi gəlin rollarımızı dəyişək. Təsəvvür edin ki, siz haqq-hesab dəftərinizdə polislər, nazirlər olan dünyada ən güclü və nüfuzlu cinayətkarsınız. Sizi qorumaq üçün cinayətkar dəstəniz var. Mən isə sizi oğurluğun, təcavüzün, dələduzluğun və s. şeytani əməllər olduğuna inandıracaq müsəlmanam.

Əgər mən oğurluğun şeytani əməl olduğunu sübut etmək üçün eyni arqumentləri ortaya qoysam belə, cinayətkar bundan əvvəlki kimi cavab verəcək.

Mən razıyam ki, cinayətkarın məntiqli olduğu və onun bütün arqumentlərinin doğru olduğu yalnız o ən güclü və nüfuzlu cinayətkar olduğu halda qəbul edilə bilər.

3. Hər bir insan ədalət tərəfdarıdır

Hər bir insan haqq-ədalətin olmasını arzulayır. Hətta o, ədaləti başqaları üçün istməsə belə, özü üçün istəyir. Bəzi insanlar öz güc və nüfuzlarına aludə olurlar və digərlərinə əzab-əziyyət verirlər, təsir edirlər. Həmin insanlar özlərinə qarşı hər hansı ədalətsizlik olduğu təqdirdə şübhəsiz ki, buna qarşı çıxacaqlar. Bu cür insanların başqalarının əziyyət çəkməsinə laqeyd yanaşmasının səbəbi onların gücə və nüfuza ibadət etməsidir. Onların fikrincə güc və nüfuz nəinki başqalarına zülm etməyə imkan verir, eyni zamanda başqalarının onlara qarşı eyni əməli etmələrinin qarşısını alır.

4. Allah ən qüdrətli və adildir

Müsəlman kimi mən cinayətkarı Allah-Təalanın mövcudluğuna inandıra bilərəm. Allah səndən daha qüdrətlidir və eyni zamanda da ədalətlidir. Allah-Təala buyurur: "Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz" ("Nisa" surəsi, 4).

5. Nə üçün Allah bizi cəzalandırmır?

Qurandan elmi faktlar gətirdikdən sonra cinayətkar məntiqli və elmli bir insan olaraq Allahın mövcudluğu ilə razılaşır. Amma o, yenə də Allah bu qədər qüdrətli və adildirsə, nə üçün məni cəzalandırmır deyə sual verə bilər.

6. Zülm edən insan cəzalandırılmalıdır

Maddi imkanı və sosial təbəqəsindən asılı olmayaraq zülmə məruz qalan hər bir insan bunu törədən cinayətkarın cəzalandırılmasını tələb edir. Normal bir insan oğrunun və ya təcavüzkarın cəzasını almasını istəyir. Cinayətkarların bir çoxunun cəzalandırmasına baxmayaraq, çoxları cəzasız qalır. Onlar gözəl, təmtəraqlı həyat yaşayır və hətta dinc həyatlarını davam etdirirlər. Əgər həmin bu güc və nüfuz sahibi olan insana ondan daha güclü və nüfuzlu biri tərəfindən haqsızlıq olunarsa, o da həmin haqsızlığı törədən insanın cəzalandırılmasını istəyəcək.

7. Bu dünya həyatı axirət üçün bir sınaq və imtahan meydanıdır

Bu dünyadakı həyat axirət üçün sınaqdır. Qurani Kərimdə deyilir: "Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, qüdrətlidir, bağışlayandır" ("Mulk" surəsi, 2).

8. Əsl ədalət qiyamət günündə bərpa olunacaq

Qurani-Kərimdə deyilir: "Hər bir kəs (canlı) ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir. Oddan uzaqlaşdırılıb, cənnətə daxil edilən kimsə muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı həzdən (əyləncədən) başqa bir şey deyildir" ("Ali-İmran" surəsi, 185).

Əsl ədalət qiyamət günündə veriləcək. İnsan öldükdən sonra axirət günündə digər insanlarla birlikdə diriləcək. Ola bilsin ki, insan cəzasının bir hissəsini bu dünyada alsın. Yekun mükafat və cəza isə yalnız axirətdə olacaq. Allah-Təala oğrunu və ya təcavüzkarı bu dünyada cəzalandırmaya bilər, amma o, şübhəsiz ki, qiyamət günündə sorğu-sual ediləcək və axirətdə, yəni ölümdən sonrakı həyatında cəzalandırılacaq.

9. Bəşər qanunları Hitlerə hansı cəzanı verə bilər?

Hitler öz terrorçu hakimiyyəti dövründə altı milyon yəhudini yandırıb külə döndərmişdi. Əgər onu polis həbs etmiş olsa belə, bəşər qanunları Hitlerə onun əməlinin əvəzini tam ödəyəcək hansı cəzanı verə bilər ki? Onların verə biləcəyi ən ağır cəza Hitleri qaz kamerasında yandırmaq olar. Amma bu cəza yalnız bir yəhudinin öldürülməsinin əvəzi olacaq. Bəs yerdə qalan beş milyon doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquz yəhudinin öldürülməsinin cəzası necə olacaq?

10. Allah Hitleri cəhənnəm odunda altı milyon dəfədən çox yandırmağa qadirdir

Allah-Təala Qurani-Kərimdə deyir: "Ayələrimizi inkar edənləri oda atacağıq. Onların dəriləri bişdikcə, əzabı (həmişə) dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik. Əlbəttə, Allah yenilməz qüvvət, hikmət sahibidir"("Nisa" surəsi, 56).

Əgər Allah dilərsə Hitleri milyon dəfə cəhənnəm odunda yandırıb külə döndərər.

11. Axirətə iman olmadan insani dəyərlər, yaxşı və pis anlayışlar məna ifadə etmir

Aydın məsələdir ki, insanı, xüsusən də zülm edən güc və nüfuz sahibi bir insanı axirətə, yəni ölümdən sonrakı həyata inandırmadan ona insani dəyərlər, yaxşı və pis əməllər anlayışını sübut etmək qeyri-mümkündür.

Milliı.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.