Cəmiyyət

Namaza təzə başlayan adam sözləri yadında saxlaya bilməsə...

5 May 2016 21:15
40 Şərh     Baxış: 2 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Namaza təzə başlayan adam sözləri yadında saxlaya bilmədiyi təqdirdə kağıza baxa bilərmi?

Əvvəla, qeyd edək ki, namaz zamanı deyilməsi vacib olan sözlər o qədər də çox deyil.

Milli.Az islam.az-a istinadən bildirir ki, bunların həcmi yarım səhifədən o yana keçmir. Yəni namazın sözlərini əzbərləmək o qədər də çətin iş deyil. Əgər insanın hafizəsi zəifdirsə, namazın yalnız vacib olan sözlərini əzbərləməyə çalışmalıdır, müstəhəb sözləri tərk etməsi də icazəlidir. Əgər hafizəsi imkan verərsə, müstəhəbbatı sonra da öyrənə bilər. Hafizə həddən artıq zəifdirsə və ya namaz sözlərinə adamın dili yatmırsa, bir müddət (əzbərləyənə kimi) kağızın üzündən oxumaqla da namazı qıla bilər. Bu zaman diqqətli olmalıdır ki, qiblədən dönməmək üçün kağızı düz qabaqda tutub oxusun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.