Cəmiyyət

"Semaşko"nun baş həkiminin işdən çıxmasına nazirlikdən AÇIQLAMA

4 May 2016 23:01
1 Şərh     Baxış: 5 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Sabit Hüseynzadə öz xahişi ilə işdən çıxmaqla bağlı ərizə yazıb. Milli.Az xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, hələ səhiyyə naziri Oqtay Şirəliyev S.Hüseynzadənin vəzifədən azad edilməsi ilə bağlı əmr imzalamayıb.
Tibbi mərkəzin baş həkimi vəzifəsi müvəqqəti olaraq II cərrahiyyə şöbəsinin müdiri Ədalət Dadaşova tapşırılıb.
Qeyd edək ki, S.Hüseynzadə baş həkim vəzifəsinə ötən ilin sentyabr ayında təyin olunmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.