Cəmiyyət

Uşaqlar sağlamlıq kartı ilə təmin olunmayıb - VİDEO

4 May 2016 22:53
10 Şərh     Baxış: 3 177
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu valideyn uşaqlarının hələ də "Elektron Sağlamlıq Kartı" ilə təmin olunmadığını deyir. O, əslində üç gün ərzində verilməli olan kartın yubadılmasından şikayətçidir.

Uşaq haqqında məlumatların tibb müəssisələrində kağız üzərində və pərakəndə şəkildə olmasının qarşısınıalmaq üçün 2006-cı ildən etibarən elektron informasiya sistemi istifadəyə verilib. Sistemə daxil edilən məlumatlar Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzində cəmləşdirilir. "Elektron Sağlamlıq Kartı"nin istifadəyə verilməsindən 10 il ötməsinə baxmayaraq, hələ də bu sahədə çatışmazlıqlar var. Məsələ ilə bağlı əlaqə saxladığımız Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Portalından bildirildi ki, kart təminatındakı problemlər ilə bağlı onlara məlumat daxil olmayıb. Bununla belə qurumdan problemin poliklinikaların bu işə maraq göstərməməsi səbəbindən qaynaqlana biləcəyi bildirildi.

Səhiyyə Nazirliyinin İnformasiyalaşdırma Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə kartın verilməsinin texniki problemlər səbəbindən yubadıla biləcəyini də dedi. Belə olan halda valideyn uşağını poliklinikaya təkrar müayinəyə gətirdiyi zaman yenidən kart üçün müraciət etməlidir.

Hələ də kartla təmin olunmayan şəxslər poliklinikaya getmədən nazirliyin Elektron Səhiyyə Portalına daxil olmaqla onlayn müraciət edə bilərlər.

Qeyd edək ki, bu günə kimi 1 milyondan çox uşaq "Elektron Sağlamlıq Kartı"ı ilə təmin olunub. Kart xəstəlik tarixi, müayinə, müalicə, cari istifadə edilən dərman preparatları, peyvəndlər, allergiya və digər xəstəliklər haqqında operativ məlumat verdiyindən sahibinə, dəqiq müayinə olunma imkanı yaradır.

Milli.Az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Uşaqlar sağlamlıq kartı ilə təmin olunmayıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.