Cəmiyyət

Hotellər və Restoranlar Assosiasiyasının fəalları Bakı Ticarət Festivalı keçirilməsi təşəbbüsü ilə çıxış ediblər

4 May 2016 18:11
Baxış: 1 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hotellər və Restoranlar Assosiasiyasının mətbuat xidmətinin yaydığı press relizə istinadən təşkilatın fəalları Baku Shopping Festival© (Bakı Ticarət Festivalı) keçirilməsi təşəbbüsü ilə çıxış etmişdirlər.

Məlumatda bildirilir ki, dövlətin və şəxsən Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycanda turizmın inkişafı üçün münbit şərait yaradılıb. Ölkənin xaricdə tanıdılması istiqamətində mühüm işlər görülüb və görülməkdədir. Bir sıra dövlət layihələri uğurla həyata keçirilərək, əvvəlki illərlə müqayisədə güclü və daha geniş miqyaslı turizm, qonaqpərvərlik, əyləncə, nəqliyyat və sair infrastruktur yaradılmışdır. Azərbaycan və xüsusilə də Bakı şəhəri artıq bir neçə ildir ki, beynəlxalq miqyaslı və nüfuzlu tədbirlərə uğurla ev sahibliyi edir.

Turizm xidmətlərinin diversifikasiyası, bu sənayenin qeyri-neft sektorunda qabaqcıl rol oynadığı, Azərbaycana gələn turistlərin artırılması kimi məsələlər cənab Prezident tərəfindən dəfələrlə xüsusi vurğulanıblar və bu onu göstərir ki, turizm və qonaqpərvərlik sənayesinin inkişafı dövlətin daimi qayğısında və diqqətindədir.

Son illər ərzində Bakı şəhərində bir sıra ticarət mərkəzləri, tanınmış brendlərin dükanları, eyni zamanda əyləncə infrastrukturu xeyli genişlənib. Paytaxtın turizm və qonaqpərvərlik infrastrukturu minlərlə turistə xidmət göstərməyə qadirdir. Bu biliklər və beynəlxalq təcrübədən irəli gələn məlumatlar əsasında Hotellər və Restoranlar Assosiasiyası tərəfindən Baku Shopping Festival©ın keçirilməsi ideyası irəli sürülmüşdür. Assosiasiyada inanırlar ki, geniş miqyasda təbliğ edilmiş belə bir tədbirin Bakı şəhərində keçirilməsi ölkəyə gələn turistlərin sayını artırar, turizm, qonaqpərvərlik, ticarət, nəqliyyat və sair sahələrin inkişafına yardımçı olar.

Baku Shopping Festival© kimi iri miqyaslı və rezonanslı tədbirin keçirilməsi üçün bir sıra şirkətlər və qurumlar bir araya gəlməlidirlər. Bunlar sırasında hava və şəhər nəqliyyatı şirkətləri, ticarət mərkəzlərı, dünya şöhrətli geyim, məişət avadanlığı, mebel və sair brendlərin təmsilçiləri, əyləncə infrastrukturu, hotellər, içtimai iaşə müəsissələri, turizm agentlikləri və sairləri sadalanmışdırlar.
Hotellər və Restoranlar Assosiasiyası ticarət festivallarının keçirilməsində xarici təcrübəni oyrənmiş və nəticə çıxarmışdırlar ki, bu növ tədbirlər adətən 30-40 gün ərzində keçirilirlər.

Assosiasiyanın ekspertləri hesab edirlər ki, festivalın "aşağı mövsümdə" keçirilməsi daha məqsədəuyğundur, çünki tədbirə əlavə qonaqlar gələrək turizm, qonaqpərvərlik və ticarət infrastrukturunun dövriyyəsini artırırlar. Bu isə sənayenin "aşağı mövsümdə" dəstəklənməsi üçün vacib olan amildir. Ticarətin daha intensiv çalışması ilə yanaşı Festivallar adətən müxtəlif əyləncə xarakterli tədbirlərlə də müşahidə olunurlar. Konsertlər, premyeralar, lotoreyalar kimi
xüsusi tədbirlər Festivalların həqiqi bir "bayrama" çevirilməsi üçün şərait yaradırlar.

Onu da qeyd etmək lazımdır ki, hava nəqliyyatı şirkətləri, hotellər, restoranlar, muzeylər, turizm agentlikləri Festival üçün xüsusi tur paketləri hazırlayaraq onları seçilmiş xarici bazarlarda əhaliyə təklif etməlidirlər. Bu iş kollektiv səylər tələb edir. Festivalı uğurla realizə etmək və onun hər il keçirilməsini ənənəyə çevrilməsi üçün bir sıra şirkət və qurumların birgə səyləri zəruridirlər.

Ölkəyə verilən vizalar, hava nəqliyyatının qiymətləri, ölkədaxilində təklif edilən xidmətlərin çeşidi və qiymətləri, brend mağazaların, ticarət mərkəzlərinin təklif etdikləri endirimlər, əyləncə tədbirləri, tanıtım, marketinq və reklam konsepsiyası və bir sıra digər məsələlər ciddi şəkildə işlənməli və koordinasiya edilməlidirlər.

Hotellər və Restioranlar Assosiasiyası Baku Shopping Festival©ın keçirilməsi təşəbbüsü ilə çıxış edərək bildirir ki, tədbirlə əlaqədar bütün inzibati və təşkilatı işləri öz üzərinə götürməyə hazırdır. Assosiasiya əldə etdiyi beynəlxalq təcrübədən və ölkənin turizm, qonaqpərvərlik və ticarət sektorlarında illər ərzində topladığı tərəfdaşlar şəbəkəsindən istifadə edərək bu işi layiqincə görə bildiyini bəyan etmişdir. Assosiasiyanın İdarə Heyəti artıq bir sıra təşkilatlara
müraciətlər yollamış və təşəbbüsün realizə edilmə imkanlarını müzakirəyə çıxarmışdır.

Assosiasiyanın rəhbərliyi güman edir ki, bir neçə ay öncə Assosiasiya tərəfindən "low cost" aviaşirkətlərin ölkədə işləməsi, vizaların asanlaşması, ekskursiya xidmətlərinin inkişafı, gəlmə turizm üçün əlverişli qiymətlərin formalaşması, xarici ölkələrdə turizm təmsilçiliklərinin təsis edilməsi və digər mövzular əsnasında elan edilmiş təşəbbüslərimizin realizə edilməsi kimi bu təklifimiz də
cavabsız qalmayacaq.

Hotellər və Restoranlar Assosiasiyası bütün maraqlı təşkilatları, dövlət və özəl qurumları, eyni zamanda hər bir turizm, qonaqpərvərlik, ticarət, əyləncə sektorlarının peşəkarlarını Baku Shopping Festival© ın keçirilmə təşəbbüsünün dəstəklənməsinə çağırır. Assosiasiyanın ekspertləri hər bir kəsin bu sahədə təkliflərinə, dəstəyinə və eyni zamanda topladıqları təcrübənin onlarla bölüşməsinə şad olardılar. Ölkədə keçirilən tədbirlərin artması və turizm
baxımından inkişaf etmiş bazarlara xas olan texnologiyaların tətbiqi Azərbaycan turizm sənayesinin inkişafına təkan verir, onun gələcək perspektivlərini müəyyən etməyə xidmət göstərir.

Hotellər və Restoranlar Assosiasiyası 2009-cu ildən fəaliyyətini uğurla davam edir. Təşkilatın əsas məqsədi Azərbaycan turizm və qonaqpərvərlik sənayesində sivil bazar münasibətlərinin formalaşmasında yardımçı olmaq, müasir turizm və xidmət texnologiyalarından istifadə edərək sənayenin inkişafına təkan vermək, turizm və qonaqpərvərlik sənayesinin hər bir iştirakçısının maraq və mənafeələrini üstün tutaraq ölkə iqtisadiyyatının davamlı inkişaf proseslərində fəal iştirak etməkdən ibarətdir.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.