Cəmiyyət

Bakıda hamilə qadın döyüldü, uşağı tələf oldu

3 May 2016 23:16
13 Şərh     Baxış: 3 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda dəhşətli hadisə baş verib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, hadisə Xətayi rayonunda baş verib.

Rayonun Tağızadə küçəsində yaşayan 1994-cü il təvəllüdlü G.Z. polisə müraciət edərək bildirib ki, qaynı tərəfindən döyülüb.

G.Z qeyd edib ki, evdə tək olduğu vaxt qaynı, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü E.Süleymanov mənzilə gələrək onu döyüb. 22 yaşlı qadın polisə bildirib ki, hadisə nəticəsində onun bir həftəlik hamiləliyi pozulub.

Şikayət əsasında E.Süleymanov saxlanılıb. Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.