Cəmiyyət

Kredit borcunu ödəməkdən yayınanlar daha sərt cəzalandırılacaq

3 May 2016 22:34
5 Şərh     Baxış: 4 291
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda saxta müflisləşməyə görə cərimələr artırılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, Milli Məclisdən verilən məlumata görə, bu barədə məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq və ya borcun azaldılmasına nail olmaq, yaxud borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etməyə görə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.

Qeyd edək ki, Məcəllənin hazırkı maddələrinə əsasən, yuxarıda qeyd olunan hallara görə vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 10 min manatdan 12 min manatadək məbləğdə cərimə edilir.

Dəyişiklik Milli Məclisin mayın 6-da keçiriləcək plenar iclasına tövsiyə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.