Cəmiyyət

"Azərbaycan Ordusu bu gün həmişəkindən daha güclü döyüş ruhuna sahibdir"

2 May 2016 23:05
1 Şərh     Baxış: 3 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Prezidenti İlham Əliyevin cəbhə bölgəsindəki Tərtər, Ağdam və Bərdə rayonlarına səfəri zamanı qəhrəman Azərbaycan əsgərinin əlini sıxması, onun döyüş meydanında göstərdiyi şücaəti şəxsən qiymətləndirməsi həm Ordumuzun, həm də cəbhəboyu zonada yaşayan əhalinin ruh yüksəkliyini xeyli artırdı. Bu, həm də hərbi-siyasi arenada məğlub olan və çıxılmaz vəziyyətə düşən Ermənistanın kriminal rejiminə, "müharibə partiyası"na, o cümlədən beynəlxalq birliyə də mühüm bir ismarıc idi.

Milli.Az bildirir ki, bu fikirləri hərbi ekspert Ramil Məmmədli AZƏRTAC-a açıqlamasında deyib.

Ekspert bildirib ki, kriminal Ermənistan rəhbərliyi Azərbaycanın Ali Baş Komandanının söylədiyi fikirlərdən nəticə çıxarmalıdır. Çünki Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq. Hazırda təmas xəttində üstünlük tamamilə Azərbaycanın tərəfindədir. Döyüş mövqelərimiz daha da möhkəmlənib.

"Məncə, bu, Azərbaycan xalqı üçün çox vacib məsələdir. Hesab edirəm ki, Azərbaycan Ordusu bu gün həmişəkindən daha güclü döyüş ruhuna və ən müasir hərbi-texniki imkanlara sahibdir. Bütün bu uğurların müəllifi isə Prezident, Ali Baş Komandan İlham Əliyevdir", - deyə hərbi ekspert Ramil Məmmədli qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.