Cəmiyyət

Dövlət qulluğuna qəbul qaydaları dəyişdirilə bilər - VİDEO

2 May 2016 00:17
1 Şərh     Baxış: 2 188
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət qulluğuna qəbul qaydaları və şərtləri dəyişdirilə bilər. Belə ki, dövlət qulluğuna qəbulda testdən sonrakı müsahibə mərhələsinin qalıb-qalmaması istiqamətində millət vəkilləri bir sıra təkliflər irəli sürürlər.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, millət vəkili Çingiz Qənizəda hesab edir ki, qəbul zamanı nəzərdə tutulan müsahibə hissəsi ləğv edilsin. Digər millət vəkili Rəfael Cəbrayılov isə bildirir ki, bu mərhələ nazirliklərin salahiyyətinə aid edilsin. Rövşən Rzayev isə umumiyyətlə bu proses üçün ayrıca bir qurumun yaradılmasını məqbul hesab edir.

Millət vəkili Rövşən Rzayevin fikrincə, gənclərin müsahibədən keçməsi mütləqdir. Bu səbəbdən ikinci mərhələnin ləğvi və yalnız test üsulunun tətbiqi gözlənilmir.

Hazırda layihə üzrə ekspertlərin, millət vəkillərin iştirakı ilə müzakirələr gedir. Komitə iclasında dəyişiklik edilikdən sonra layihə plenar iclasda müzakirəyə çıxarılacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dövlət qulluğuna qəbul qaydaları dəyişdirilə bilər

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.