Cəmiyyət

Sərnişinlər avtobus tapa bilmirlər - VİDEO

1 May 2016 23:45
2 Şərh     Baxış: 1 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Saat 22:00-dan sonra metronun Xətai stansiyasından çıxan əksər sərnişini evə necə gedəcəm sualı düşündürür. Çunkü bu metro stansiyanın yaxınlığından keçən marşurutların əksəriyyəti saat 22:00-dan sonra işləmir. Bu isə gec saatlarda evlərinə gedənlərə çətinlik törədir.

Sərnişin çox, avtobus isə demək olar ki, yox... Burada hər gün bu saatda eyni mənzərəni görmək olar. Kadrlar Xətai metro stansiyasının çıxışında lentə alınıb.

Axşam saat 22:00-dan etibarən Xətai metrostansiyasından çıxaraq evlərinə getmək istəyən sərnişinlər çətinliklə üzləşirlər. Çünki bu saatdan sonra əksər marşurut avtobusu bu metrostansiyanın çıxışından keçmir. Saat 12:00-a qədər işləməli olan 32, 21, 46, 49 və bəzi marşurut avtobuslarını axşam saat 10-dan sonra burada görmək mümkün olmur

Marşurutların işləməməsi sərnişinlərin həm ciblərinə ziyan edir, həm də xeyli vaxt itkisinə səbəb olur. İntervala əməl edilməməsini sürücülər özləri də təsdiqləyir və onlar özlərinə bu cür haqq qazandırırlar. Milli.Az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə problemin araşdırılacağı bildirildi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Sərnişinlər avtobus tapa bilmirlər

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.