Cəmiyyət

Keramika sənədi yaşadılır - VİDEO

1 May 2016 22:39
1 Şərh     Baxış: 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qədim el sənəti olan keramika getdikcə unudulmağa üz tutsa da, onu hələ də yaşadanlar var. Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, xəbərin qəhrəmanı da belə ustalardan biridir.

Müxtəlif insan fiqurları, tarixi abidələr, gündəlik həyatdan təsvirlər.. Bütün bu suvenirlər keramika sənətinin məhsullarıdır. Tək-tük keramika ustalarından olan Tərlan Sadıqov keramika sənətini yaşatmaq üçün belə fərqli bir üslub seçib. Usta gilin üzərində həm rəssamlığını, həm heykəltaraşlığını istifadə edərək əsl sənət əsərləri ortaya çıxarır.

Tərlan ustanın kiçikölçülü əsərlərinin ana xəttini yaşadığı Lənkəranın təbiəti, bu qədim yurdun tarixi məkanları, görməli yerləri təşkil edir. Ustanın əl əməyi isə olduqca çətin ərsəyə gəlir. O, bəzi əsərləri üçün hətta 15 gün vaxt sərf etməli olur.

Onun keramikadan hazırladığı suvenirləri isə əsasən turistlər alırlar. Müsahibimiz deyir ki, əl işlərinin xususi zövq və maraqla hazıladığından maddi tərəflərini fikirləşmir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Keramika sənədi yaşadılır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.