Cəmiyyət

Qadağa bitdi, xəbərdarlıq gəldi

1 May 2016 09:33
0 Şərh     Baxış: 11 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1 may tarixindən etibarən respublika ərazisində avtomobillərdə pərdə və jalüzlərdən istifadəyə icazə verilib. Standartlara uyğun olmayan pərdə və jalüzlərdən istifadə edən sürücülər 150 manat məbləğində cərimə olunacaqlar.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

K.Əliyev bildirib ki, Azərbaycanın iqlim şəraiti nəzərə alınaraq hər il mayın 1-dən noyabrın 15-dək avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə icazə verilir:
"2013-cü ilin aprel ayında vətəndaşların müraciətləri nəzərə alınaraq ölkə başçısının təşəbbüsü ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər" dövlət standartına dəyişiklik edilib. Dəyişikliyə əsasən, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamalıdır".
Şöbə rəisi əlavə edib ki, avtomobillərdə yalnız sənaye üsulu ilə hazırlanan pərdə və jalüzlərin istifadəsinə icazə verilir:
"Bəzi sürücülər standartlara uyğun olmayan pərdə və jalüzlərdən istifadə edirlər. Bir daha deyirəm ki, icazə yalnız sənaye üsulu ilə hazırlanan pərdə və jalüzlərin istifadəsinə verilir. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edir ki, kustar üsulla hazırlanan pərdə və jalüzlərin istifadəsi qadağandır. Yol polisləri tərəfindən belə qayda pozuntuları aşkar edildiyi halda, həmin sürücülər İnzibati Xətalar Məcəlləsinin 155-ci (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) maddəsinə əsasən 150 manat məbləğində cərimələnəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.