Cəmiyyət

Yol polisində yeni sistem: minlərlə protokol YAZILDI - VİDEO

30 Aprel 2016 21:36
16 Şərh     Baxış: 11 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yol-Patrul Xidməti avtomobillərinə quraşdırılmış ''İ-patrul'' sistemi tam qüvvəsi ilə işləyir. İlin əvvəlindən bu günə qədər sistemlə qayda pozan 170 mindən çox sürücüyə elektron protakol tərtib edilib.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki,  Bakı şəhər Dövlət Yol Polis idarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, ''İ-Patrul'' sistemi vasitəsi ilə aşkar eilmiş qayda pozunturları sürət həddini aşma və təhlükəli manevr edənlərdir.

Digər qayda pozuntuları təhlükəsizlik kəmərindən istifadə etməyən, icbari sığortası və texniki baxışdan keçməyən sürücülərdir.

Bölmə rəisinin sözlərinə görə patrul avtomobili işlək vəziyyətdə olmasa belə bu sistem işləyir. Yəni sürücülər yol kənarında sökük vəziyyətdə dayanmış polis avtomobilini də nəzərə almalıdır.

Çoxfunksiyalı ''İ-partul'' sistemi sürücülərin yol hərəkəti qaydalarını pozub diqqətdən yayınmaq şansını minimuma endirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.