Cəmiyyət

Bakı daha bir tıxacdan qurtulur - VİDEO

30 Aprel 2016 21:33
0 Şərh     Baxış: 1 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun müddət metronun "Koroğlu" stansiyasının yaxınlığında görməyə alışdığımız xaotik vəziyyətə son qoyulur. Heydər Əliyev prospektinin qurtaracağında marşrut avtobuslarının səbəb olduğu tıxaca əlac tapılıb.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, bütün bunlar yeni təsis olunan Nəqliyyatın Mübadilə Mərkəzinin işə düşməsi sayəsində mümkün olub.

Bundan başqa, 160, 171, 172 və 189 saylı marşrut avtobuslarının son dayanacağı da "Qara Qarayev" metrostansiyasının yaxınlığı deyil, məhz nəqliyyatın mübadilə mərkəzi olacaq. Yəni Heydər Əliyev prospekti ilə Qara Qarayev istiqamətində işləyən avtobuslar sərnişinlərini həmin metronun yaxınlığında düşürdükdən sonra gözləmədən nəqliyyatın mübadilə mərkəzinə qayıdacaq.

Həmçinin Mərkəzdə taksilərin xidmət göstərməsi üçün də yerlər ayrılıb.

"BakuBus"un 1 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusları da bu dayanacaqdan istifadə edəcək. Burada bu avtobuslar üçün xüsusi yer ayrılıb və turniketlər quraşdırılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakı daha bir tıxacdan qurtulur

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.