Cəmiyyət

Bəzi yollarda avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək

30 Aprel 2016 14:15
Baxış: 1 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah səhər 10-dan paytaxtda Bakı Marafonu 2016-nın keçirilməsi ilə əlaqədar marafonun keçəcəyi bütün küçə və prospektlər üzrə kəsişən yollardan avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Milli.Az bildirir ki, bunu Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib.

V.Əsədovun sözlərinə görə, "Bakı Marafonu 2016"-nın keçəcəyi küçə və prospektlər üzrə kəsişən bütün yollardan avtomobillərin hərəkət istiqaməti qısa müddətə dəyişdiriləcək. Marafon iştirakçılarından sonuncusu həmin ərazini keçdikdən sonra hərəkət tənzimlənəcək.

V.Əsədov deyib ki, hərəkət istiqamətinin dəyişdirilməsində əsas məqsəd "Bakı Marafonu 2016" iştirakçılarının yürüş boyu təhlükəsizliyinin təmin edilməsidir.

Qeyd edək ki, sabah paytaxda "Bakı Marafonu-2016" keçiriləcək. Marafon Dövlət Bayrağı Meydanından start götürəcək və Bakı Olimpiya Stadionunda başa çatacaq. "Bakı Marafonu-2016"nın uzunluğu 21 km olacaq.

Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Bakı Marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.