Cəmiyyət

Ramazan ayının qəza orucunu pozmaq olarmı?

30 Aprel 2016 23:35
5 Şərh     Baxış: 7 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az islam.az-a istinadən bildirir ki, əgər Ramazan ayında tutmadığı orucun qəzasını başqa bir gündə tutmaq istəsə, günortaya (zöhr vaxtına) kimi orucunu poza bilər və bu zaman nə qəza, nə də kəffarə ona vacib deyil. Əlbəttə, burada nəzərə almaq lazımdır ki, qəza orucu üçün vaxtı geniş olsun. Yəni bu gün orucunu pozarsa, sabah onu qəza etməyə vaxtı və imkanı olsun. Amma məsələn, keçən Ramazandan bir gün qəza borcu varsa, builki Ramazanın da gəlişinə bircə gün qalıbsa, qəza orucunu başqa günə keçirməyə vaxtı yoxdur. Bu halda günortadan qabaq orucunu pozması ehtiyata görə düzgün deyil. Bunlar günortaya kimi orucu pozmağa aiddir. Amma əgər günortadan (zöhrdən) sonra qəza orucunu pozsa, bu halda 10 nəfər fəqirə yemək verməlidir. Əgər buna imkanı yoxdursa, üç gün ardıcıl oruc tutmalıdır.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.