Cəmiyyət

Siz hamını sevirsiniz, özünüzdən başqa bu sualı kiməsə verəndə...

30 Aprel 2016 23:25
6 Şərh     Baxış: 1 203
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya bir nərdivandır,

Qalxanda mehribandır

Enəndə nə yamandır

Nə yamandır, nə yamandır

Dünya sonu olan bir nərdivandır... Biz nərdivana ilk öncə qalxmağı öyrənirik. Bu pillələrdə kimlərlə rastlaşırıq, kimləri itirib, kimləri tapırıq. İnsan beyni uğura və yüksəlişə həmişə hazır olur. Ancaq vay o gündən ki, uğursuzluq ola. Bu həyatımızın hər sahəsində ola bilər. İstər sevgi münasibətlərində, istərsə də karyera da və yaxud ailədə.

Düşünmədən yelkənləri suya endiririk. Həyat bir insandan, bir işdən, bir sahədən ibarət deyil axı. Hər yolun yoxuşu olduğu kimi enişi də var.

Milli.Az pcc.az-a istinadən bildirir ki, həyatımızda olanmüsbət hadisələrdə biz buna layiq olduğumuzu düşündüyümüz halda, pis və üzücü hadisələrdə buna layiq olmadığımızı düşünürük. Və yaxud münasibətlərdə insanlar bir insana o qədər çox bağlanırlar ki, hətta özlərini unudacaq qədər və bu insan həyatlarından hər hansı səbəbdən uzalaşarsa, bunu həyatlarının sonu hesab edirlər.

ÖZünə sevgi bəzən özünə vurğunluqla qarışdırılır. Necə ki, özünə vurğunluq hansı ki, "Ulduz xəstəliyi" dediyimiz insana ziyandır, insanın özünə yetəri dərəcədə dəyər verməməsi özü də yaxşı bir yerlərə aparıb, insanı çıxarmır.

Siz hamını sevirsiniz, özünüzdən başqa bu sualı kiməsə verəndə bir durub düşünür və sizinlə razılaşır və problemlərinin çoxunun buna dayandığını görür.

Yaxşı insanın özünü sevməməsinin, bəyənməməsinin yəni "özgüvən" əksikliyinin altında nə durur?

Hər bir insan doğulduğu andan etibarən sevgiyə qarşı bi aclıqla doğulur. Ətrafındakı insanlardan sevgi, nəvaziş, qayğı gözləyir və əgər öz ailəsindən bu sevgini görmürsə, daim bunu kənarda axtarır. İllərlə özünü kimlərəsə sübut etməyə çalışır və şüuraltı atılmaqdan, tək qalmaqdan, sevilməməkdən o qədər qorxur ki, ətrafdakı insanları itirsə öləcəyini düşünür.

İnsan beyni hər bir hadisəyə bir müddət alışa bilmir, yaxınını, sevgilisini, valideynlərini sonra yavaş yavaş hər şeyə öyrənir, alışır. Bəzi insanlara toparlanmaq üçün illər, bəzilərinə aylar lazım olur, ancaq yenə də nəticə etibarilə barışma və razılaşma insanın xislətindədir.

Yaşamın hər anı gözəldir, insan hər anına, hər dəqiqəsinə dəyər verdiyi andan həyat da onun üçün qiymətli olur. Yetər ki, biz o qiymətli və dəyərli zamanlarımızı boş-boş hadisələrin içində fırlanmağa yox, yeni nələrsə yaratmağa sərf edək. İnsan yaratdıqca həyat onun üçün dəyərlənir, mənalanır və nəticədə lazımlılıq duyğusu yaranır ki, bu da özünə olan sevginin artmasına gətirib çıxarır.

Həyatınızda, işinizdə, qarderobunuzda dəyişikliklər edin və güzgüdə özünüzə baxın və özünüzü olduğunuz kimi qəbul edib sevin. Sevin ki, siz özünüzü sevməsəniz, siz özünüzə dəyər verməsəniz, heç kim nə sizi sevər nə də dəyər verər. Belə olduğu halda nərdivanda irəliləmək də asan olar axı.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.