Cəmiyyət

Dollarla kreditin verilməsinə məhdudiyyət uzadıla bilərmi? - VİDEO

30 Aprel 2016 08:21
0 Şərh     Baxış: 1 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Maliyyə Bazarına Nəzarət Palatasının direktorlar şurasının qərarına əsasən, dollarla kreditin verilməsi mayın 5-nə kimi qadağan edilib. Bu müddət ərzində kreditə tələbatı ödəmək üçün vətəndaşlar lombardlara, sələmçilərə üz tuturlar. Bəs nəzarət palatasının müəyyən etdiyi bu tarix uzadılarsa, hansı problemlərə gətirib çıxaracaq?

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, Maliyyə bazarına nəzarət palatasının Direktorlar Şurasının qərarına əsasən, 1 ay-yəni mayın 5-ni kimi dollarla kredit verilməsinin qadağan edilməsi vətəndaşların işini çətinləşdirir. Baxmayaraq ki, manatla kredit verən banklar var, ancaq bu prosesi həyata keçirən bankların sayı məhdudur. Nəticədə vətəndaşlar lombardlara, sələmçilərə üz tutmaq məcburiyyətində qalır, yüksək faizlə vəsait götürürlər.

Millət vəkili Əli Məsimlinin fikrincə, palata müəyyən etdiyi tarixi uzadarsa, bu vətəndaşların qarşılaşdıqları problemləri artıracaq

Palatanın tövsiyyəsinə əsasən pensiyaçılara kredit verilməsi də dayandırıla bilər. Problemli kreditlərinin artmasının qarşısını almaq üçün atılan bu addım pensiyaçıları yalnız təqaüdlə kifayətlənməyə məcbur edir.

Millət vəkili Əli Məsimli deyirki, əslində krediti ödəməkdə pensiyaçılar çətinlik çəkirsə, bu bankların məsuliyyətsizliyidir. Çünki kredit verərkən vətəndaşın krediti ödəmə qabiliyyətinin olub-olmamasını öyrənilmir. Əks halda kütləvi qadağa ədalətli sayılmır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dollarla kreditin verilməsinə məhdudiyyət uzadıla bilərmi?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.